12px13px15px17px
Tarix:10/02/14

Elektron Təhlükəsizlik Mərkəzinin “WordPress”lə bağlı xəbərdarlığı

Minlərlə veb-sayt "WordPress"in "OptimizePress" mövzusundakı təhlükəsizlik çatışmazlığı vasitəsilə yoluxub.

"OptimizePress" mövzusunda olan fayl yerləşdirmə xətası hücumçulara minlərlə "WordPress" saytlarına hücum etməyə icazə verir. Belə ki, "lib/admin/media-upload.php" hissəsində olan təhlükəsizlik çatışmazlığı hər kəsə istənilən növdə olan faylları "wp-content/uploads//optpress/images_comingsoon" qovluğuna yerləşdirməyə imkan verir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Elektron Təhlükəsizlik Mərkəzi xəbərdarlıq edir ki, əgər siz də adı yuxarıda qeyd olunmuş mövzudan istifadə edirsinizsə, istifadə etdiyiniz versiyanı dərhal yeniləməlisiniz. Əks halda, siz də  qurbanlardan birinə çevrilə bilərsiniz.
 
CAHANGİR




Baxış sayı: 1008

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024