Tarix:11/02/14
“İT sənayesində, dövlət sektoru və elmdə böyük iş təcrübəsinə malik yeddi məşhur mütəxəssis şirkətin biznesinin inkişafı üzrə strateji plan və prioritetlərlə bağlı praktik məsləhətlər, müşahidə və qiymətləndirməni bölüşəcək. Yaradılan komitənin ilk iclası fevralın 11-də antivirus analitiklərinin illik sammiti çərçivəsində keçiriləcək”, - şirkətdən bildirilib.
ABŞ-ın keçmiş prezidenti Corc Buşun və hazırkı prezidenti Barak Obamanın kibertəhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Hovard Şmidt komitənin sədri seçilib.
Komitə üzvlərinin dövlət orqanları, beynəlxalq təşkilat və elmi institutlarda istifadə edilən İT texnologiyalarından qazandıqları iş təcrübəsinin “Kasperski laboratoriyası”nı unikal ekspertiza ilə zənginləşdirəcəyi gözlənilir.
Bundan başqa, təsis edilən komitə “Kasperski laboratoriyası”nın informasiya təhlükəsizliyi təhdidlərinin araşdırılması üzrə istiqamətinə əlavə güc verəcək ki, bu da öz növbəsində yeni texnologiya və servislərin inkişafına zəmin yaradacaq, - "Cybersecurity www.cybersecurity.ru”
yazır.
“Kasperski laboratoriyası” beynəlxalq Məşvərətçi Komitə yaradıb
“Kasperski laboratoriyası” şirkəti beynəlxalq Məşvərətçi Komitə təsis edib. Komitənin tərkibinə kibertəhlükəsizlik üzrə ekspertlər daxildir. Antivirus şirkətinin məlumatına görə, komitənin əsas vəzifəsi “Kasperski laboratoriyası”na informasiya texnologiyaları (İT) təhlükəsizliyi bazarında gələcək inkişaf və tərəqqi üzrə strateji tövsiyələrin verilməsindən ibarət olacaq.“İT sənayesində, dövlət sektoru və elmdə böyük iş təcrübəsinə malik yeddi məşhur mütəxəssis şirkətin biznesinin inkişafı üzrə strateji plan və prioritetlərlə bağlı praktik məsləhətlər, müşahidə və qiymətləndirməni bölüşəcək. Yaradılan komitənin ilk iclası fevralın 11-də antivirus analitiklərinin illik sammiti çərçivəsində keçiriləcək”, - şirkətdən bildirilib.
ABŞ-ın keçmiş prezidenti Corc Buşun və hazırkı prezidenti Barak Obamanın kibertəhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Hovard Şmidt komitənin sədri seçilib.
Komitə üzvlərinin dövlət orqanları, beynəlxalq təşkilat və elmi institutlarda istifadə edilən İT texnologiyalarından qazandıqları iş təcrübəsinin “Kasperski laboratoriyası”nı unikal ekspertiza ilə zənginləşdirəcəyi gözlənilir.
Bundan başqa, təsis edilən komitə “Kasperski laboratoriyası”nın informasiya təhlükəsizliyi təhdidlərinin araşdırılması üzrə istiqamətinə əlavə güc verəcək ki, bu da öz növbəsində yeni texnologiya və servislərin inkişafına zəmin yaradacaq, - "Cybersecurity www.cybersecurity.ru”
yazır.
Baxış sayı: 1003
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir