2013-cü ildə istifadəçilərin internetdə təhlükəsiz davranışı 5 milyard dollar itkiyə səbəb olub
2013-cü ildə istifadəçilərin internetdə təhlükəsiz davranışı nəticəsində itkiləri beş milyard dollar təşkil edib. Bu barədə “Microsoft” korporasiyasının kompüter təhlükəsizliyi beynəlxalq indeksinin (MCSI) hesablamasının nəticələrində deyilir.
Bu məbləğə yalnız fişinq və internet fırıldaqçılığının digər formalarından maliyyə itkiləri daxildir. Bundan başqa, internetdə ziyandan zərərçəkmiş istifadəçilərin peşəkar reputasiyasının bərpasına təxminən 6 milyard dollar xərclənib.
Hesabata əsasən, istifadəçilərin 15 faizi fişinq hücumunun qurbanı olub. Bir nəfər üçün orta itkinin məbləği 158 dollar təşkil edib. İstifadəçilərin 13 faizi peşəkar reputasiyalarının nüfuzdan salınmasını və onun bərpasına orta hesabla 535 dollar xərclənməsini etiraf edib. Daha 9 faiz məlumat oğurluğu ilə üzləşib ki, bu da onların hər birinə 218 dollara başa gəlib.
Bununla yanaşı, istifadəçilərin yalnız 36 faizi sosial şəbəkələrdə özləri haqqında məlumatları məhdudlaşdırır və 33 faizi məxfilik funksiyalarından istifadə edir. Daha 33 faiz qurğularını mobil qurğuların bağlanması üçün PIN-kod və parollar vasitəsilə blok edir.
Tədqiqatın nəticələri ilə əlaqədar “Microsoft” istifadəçiləri korporasiyanın saytında internetdə təhlükəsiz davranış qaydaları ilə tanış olmağa çağırır.
Xüsusilə maliyyə əməliyyatlarını, o cümlədən bank hesabları və onlayn mağazalarda alış-veriş üçün ödənişləri mühafizə olunmuş şəbəkələrlə həyata keçirmək təklif edilir. Belə əməliyyatları başqalarına məxsus qurğularda və ya ictimai yerlərdə simsiz şəbəkələrə qoşulmuş qurğularda etmək tövsiyə edilmir.
Həmçinin “Microsoft” istifadəçilərə internetdə dərc etdikləri fərdi informasiyanı izləməyi və arzuolunmaz kontenti ləğv etməyi məsləhət görür. Sosial şəbəkələrdə istifadəçilərə məxsus məlumatların məhdudlaşdırılması və kənar şəxslər üçün səhifənin bağlanması tövsiyə edilir. Bundan başqa, ekspertlər istifadəçilərə mobil qurğular üçün PIN-koddan istifadə etməyi məsləhət görür, - "theRunet” yazır.
Baxış sayı: 965
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir