12px13px15px17px
Tarix:21/02/14

Dünya üzrə spam həcminin əsas hissəsi ABŞ-ın payına düşüb

“Kasperski Laboratoriyası” yanvar ayında arzuedilməz məktubların 7,6 pillə azalaraq 65,7% təşkil etdiyini elan edib.
 
“ICTnews” xəbər xidmətinin şirkətin rəsmi məlumatına istinadən verdiyi xəbərə əsasən, azalmanın səbəbinin birhəftəlik bayram tətilləri ilə bağlı olduğu və onlar bitdikdən sonra spamer aktivliyinin  müşahidə olunduğu bildirilib.
 
Yanvarda spamerlərin diqqəti kəskin şəkildə Yeni il bayramından Sevgililər Gününə keçib - “Kasperski Laboratoriyası”nın mütəxəssisləri “gül” reklamlarının, hədiyyə və romantik şam yeməyinin təşkili  xidmətləri təklifləri ilə bağlı məktubların paylanmasında artım müşahidə edib.
 
 Qarşıdan gələn Beynəlxalq Qadınlar Günü, Qış olimpiadası və digər bayramlar da nəzərdən qaçmayıb və bunlarla bağlı çoxlu sayda reklam məktubları  göndərilib ki, bu məktublarda tematik hədiyyələr, tədbirlərin və turistik səyahətlərin təşkili təklif edilib.
 
İlin sonu ilə bağlı bir çox məktublar mühasib xidmətlərinin göstərilməsi və illik hesabatların hazırlanması ilə də bağlı olub. Nigeriyalı fırıldaqçılar Nelson Mandela və Ariel Şaronun ölümlərini istifadəçiləri aldadaraq onlardan pul qoparmaq üçün istifadə ediblər.
Ziyanverici spama gəldikdə isə, yanvar ayında bədəməllərin diqqəti “WhatsApp” messencerinin istifadəçilərinə yönəlib. Şirkət “WhatsApp”dan dostlardan birinin şəkil paylaşdığı ilə bağlı çoxlu sayda saxta məktub aşkar edib. Bu arada məktubun əlavəsində məşhur Androm Bəkdoru olub. Onun əsas funksiyası – istifadəçinin kompüterinə digər ziyanverici proqramların yüklənməsidir.
Dünya üzrə spamın əsas hissəsi ABŞ-ın payına düşüb - 21,9%. Ötən ayın lideri olan Çin ikinci yerə keçərək 16% spam payına malik olub, üçüncü yeri isə 12,5% ilə Cənubi Koreya  tutur.
Dünya spam trafikində Asiya regionunun payı 7,6 pillə azalaraq 49% təşkil edib, halbuki Şimali Amerikanın göstəriciləri 22,7%-dək artıb.
 
Runetin spam mənbəsi ölkələri arasında 16,4% ilə hələ də Rusiyadır, ikinci yeri Tayvan 13,2%-lə tutur, üçüncü yerdə isə 11,3%-lə Hindistan qərarlaşıb.
Aynur Vəliyeva



Baxış sayı: 778

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024