12px13px15px17px
Tarix:03/03/14

ETM geniş maarifləndirmə kampaniyası keçirir

Ölkə əhalisi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin (ETM) göstərdiyi xidmətlərdən yararlanmağa başlayıb.
 
Mərkəzin mühüm əhəmiyyət kəsb edən məsələlərlə bağlı həyata keçirdiyi maarifləndirmə tədbirləri öz bəhrəsini verməkdədir.
 
Qurum tez-tez həm özünün rəsmi saytı, həm də kütləvi informasiya vasitələri ilə cəmiyyətə kibertəhlükəsizliklə bağlı baş verə biləcək halların qarşısının alınması istiqamətində xəbərdarlıqlarını edir, geniş maarifləndirmə fəaliyyəti göstərir.
 
 
ETM-dən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, əhalinin elektron təhlükəsizliyinin təmin olunmasında, onlara vaxtında istiqamətləndirici məlumatların verilməsində “qaynar xətt” də əvəzsiz vasitəyə çevrilib:
 
“Elektron Təhlükəsizlik Mərkəzi ölkədə informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı fəaliyyətini davam etdirir. Bunlara misal olaraq beynəlxalq çərçivədə və yerli müstəvidə bir sıra şirkətlərlə əməkdaşlıqların reallaşdırılması, ölkənin elektron təhlükəsizliklə bağlı nüfuzlu tədbirlərdə təmsil olunması, İnformasiya təhlükəsizliyi insidentlərinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün tövsiyələrin geniş ictimaiyyətə çatdırılması, informasiya təhlükəsizliyi ilə bağlı təlim və seminarların keçirilməsi,  Elektron Təhlükəsizlik Mərkəzinin rəsmi veb-resursunun, 1654 “qaynar xətt”inin istifadəyə verilməsini göstərmək olar. “Qaynar xətt” vətəndaşların müraciətlərinin operativ şəkildə qəbul olunması üçün nəzərdə tutulub. Belə ki, vətəndaşlar 1654 “qaynar xətt” nömrəsinə zəng vurmaqla informasiya təhlükəsizliyi ilə bağlı onları maraqlandıran suallardan tutmuş, bu sahə ilə bağlı qarşılaşdıqları problemlərə qədər onları narahat edən məsələlərlə bağlı müraciət edə bilərlər”.
 
Seymur
 



Baxış sayı: 746

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024