12px13px15px17px
Tarix:17/03/14

2013-cü ildə patentlər üçün beynəlxalq müraciətlərin sayı ilk dəfə 200 mini ötüb

2013-cü ildə patentlər üçün Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) “Patent kooperasiyası haqqında” müqaviləsinin prosedurası üzrə edilən beynəlxalq müraciətlərin sayı ilk dəfə 200 minlik həddi ötərək 2012-ci illə müqayisədə 5,1 faizlik artım nümayiş etdirib.

ÜƏMT-in ilkin statistik hesabatında deyildiyinə görə, bu, bir tərəfdən dünya iqtisadiyyatında artımın bariz nümunəsi olmaqla şirkətlərdən daha aktiv innovasiya fəaliyyəti tələb edir, digər tərəfdən, 1970-ci ildə eyni anda bir neçə ölkədə kəşf üçün patentli qorunmanın alınması sisteminin uğurunu nümayiş etdirir.  
Ötən il dərc edilən müraciətlərin ümumi sayı 205,3 min təşkil edib ki, bunun da təxminən yarısı – 49,2 faizi ABŞ və Yaponiyanın payına düşüb. Məhz bu iki ölkə bir il əvvəl olduğu kimi, daha çox müraciətlərin dərc edildiyi ölkələr siyahısında liderlik edir. Siyahıya ABŞ (57,3 min müraciət) başçılıq edir, ikinci yerdə Yaponiya (43,9 min müraciət) qərarlaşıb. 2013-cü ildə Çin üçüncü yerə yüksəlməyə nail olub və 21,5 min müraciətlə Almaniyanı (17,9 min müraciət) dördüncü yerə enməyə məcbur edib. İlk onluğa həmçinin Cənubi Koreya, Fransa, Böyük Britaniya, İsveçrə, Niderland və İsveç daxildir.

Maraqlıdır ki, ötən il “Patent kooperasiyası haqqında” müqavilənin prosedurası üzrə edilən müraciətlərin 38 faizi ilk onluğun üç Asiya ölkəsi – Yaponiya, Çin və Cənubi Koreyanın payına düşüb. Müqayisə üçün qeyd edək ki, 2007-ci ildə bu ölkələrin payı 25 faiz təşkil edib.

Aşağı və orta gəlirli dövlətləri ayrı-ayrılıqda nəzərdən keçirsək, ən çox artımı Türkiyə (835 müraciət – 56,1 faizlik artım), Meksika (230 - 22 faiz) və Braziliyanın (661 - 12,2 faiz) nümayiş etdirdiyinin şahidi olarıq.

Ötən il patentlər daha çox elektron avadanlıqları (14,9 min və ya ümumi sayın 7,8 faizi), kompüter texnologiyaları (14,7 min – 7,7 faiz), rəqəmli kommunikasiyalar (14,1 min – 7,3 faiz) və tibbi texnologiyalar (11,9 min – 6,2 faiz) sahələrində verilib. Nisbətən daha çox azalma mikrostruktur və nanotexnologiyalar (8 faiz), üzvi kimya (3,3 faiz), əczaçılıq (1,3 faiz) sahələrində müşahidə edilir.

2013-cü ildə “Patent kooperasiyası haqqında” müqavilə sisteminin aparıcı istifadəçiləri siyahısına Yaponiyanın “Panasonic” şirkəti liderlik etməklə (2,9 min müraciət) son iki ilin birincisi olmuş Çinin “ZTE” korporasiyasını ikinci yerə (2,3 min müraciət) sıxışdırıb. Liderlər üçlüyünü daha bir Çin şirkəti – telekommunikasiya nəhəngi "Huawei” (2,1 min müraciət) tamamlayır.  

2013-cü ildə Madrid sistemi çərçivəsində əmtəə nişanları üçün müraciətlərin həcmi 46,9 minə (6,4 faizlik artım) çatıb ki, bu da tarixdə ən böyük göstərici hesab edilir. Bu sahədə 6,8 min müraciətlə Almaniya liderlik edir. Sonrakı yerləri ABŞ (6 min) və Fransa (4,2 min) tutur, - “İTAR-TASS www.itar-tass.com” yazır.    
 




Baxış sayı: 797

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024