12px13px15px17px
Tarix:28/03/14

Çin ölkədə İT təhlükəsizlik səviyyəsini yüksəltmək niyyətindədir

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) Çin Müdafiə Nazirliyini, "Huawei Technologies" şirkətini izlədiyi məlum olduqdan sonra Çin Müdafiə Nazirliyindən bildirilib ki,  İT resurslarının təhlükəsizlik səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra konkret tədbirlər görüləcək.

"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, Çin Müdafiə Nazirliyinin mətbuat katibi Qen deyib ki, cari ilin fevralında ölkədə yüksəksəviyyəli İT təhlükəsizlik komitəsi yaradılıb. "ABŞ uzun müddət Çini haker hücumları ilə bağlı ittiham edib. Artıq bu bəyanatların mənasız olduğu bəllidir. Bu hadisəni "Oğrunu tutun" qışqıran oğruya bənzətmək olar" – Qen deyib.

Çinin "Huawei" şirkətindən bildirilib ki, "Der Spiegel" jurnalında dərc edilmiş hesabatlar doğrudursa, o zaman şirkət onun şəbəkəsinə müdaxiləni ittiham edir və təhlükəsizlik məsələlərinə birgə yanaşmaya çağırır.

Almaniyanın "Der Spiegel" nəşri yazıb ki, MTA 2009-cu ildən Çinin ən böyük telekommunikasiya avadanlığı istehsalçısı "Huawei Technologies" şirkətini, həmçinin Çinin ozamankı rəhbəri Xu Dzintaonu fəal izləyib.

Qeyd edək ki, ABŞ məhz 2009-cu ildən "Huawei" şirkətinə fəal təzyiq göstərməyə, həmçinin Çin dövlət hakerlərinin arası kəsilməyən haker hücumları haqda məlumat verməyə başlayıb. 2011-ci ildə Vaşinqton israrla ABŞ dövlət sektoruna "Huawei" avadanlığından imtina etməyi tövsiyə edib, çünki adı çəkilən şirkəti Çin kəşfiyyat orqanları ilə əlaqədə şübhəli bilib. Nəticədə, "Huawei" şirkəti ABŞ-da yalnız smartfon satışı kanallarını saxlayaraq orada öz telekommunikasiya avadanlığını satmaqdan imtina etməli olub.

Emil Hüseynov




Baxış sayı: 879

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024