Tarix:29/03/14
Agentliyin məlumatında qeyd olunur ki, 2013-cü ildə Çinin sayt və kompüterlərinə qarşı xaricdən həyata keçirilən haker hücumlarının sayı 62 faiz artıb. Təxminən 11 milyon kompüter xarici serverlərin nəzarəti altına keçib, 61 min veb-sayta xarici hakerlər tərəfindən müdaxilə edilib.
Hücumlar əsasən ABŞ, Cənubi Koreya və Honkonq cinayətkarları tərəfindən törədilib. Çində vacib informasiya sistemləri mütəmadi olaraq təhlükə ilə üzləşir, ölkənin təhlükəsizlik sistemi bütünlüklə təhlükə altındadır, - agentliyin məlumatında vurğulanır.
Ötən həftə "The New York Times” qəzeti ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snoudenin ABŞ xüsusi xidmətlərinin 2007-ci ildən Çinin telekommunikasiya avadanlığı istehsalçısı "Huawei” şirkətinə qarşı apardıqları casusluq fəaliyyəti ilə bağlı məlumatlarına əsaslanaraq məqalə dərc edib. ABŞ casusluqla bağlı ittihamları rədd edib, - "Digit www.digit.ru” yazır.
Çinə qarşı haker hücumlarının 3/1 hissəsi amerikalılar tərəfindən törədilib
2013-cü ildə Çinin sayt və kompüterlərinə qarşı haker hücumlarının üçdə bir hissəsi ABŞ-dan həyata keçirilib. Bu barədə Çin Milli İnternet Təhlükəsizliyi Agentliyinin hesabatında deyilir.Agentliyin məlumatında qeyd olunur ki, 2013-cü ildə Çinin sayt və kompüterlərinə qarşı xaricdən həyata keçirilən haker hücumlarının sayı 62 faiz artıb. Təxminən 11 milyon kompüter xarici serverlərin nəzarəti altına keçib, 61 min veb-sayta xarici hakerlər tərəfindən müdaxilə edilib.
Hücumlar əsasən ABŞ, Cənubi Koreya və Honkonq cinayətkarları tərəfindən törədilib. Çində vacib informasiya sistemləri mütəmadi olaraq təhlükə ilə üzləşir, ölkənin təhlükəsizlik sistemi bütünlüklə təhlükə altındadır, - agentliyin məlumatında vurğulanır.
Ötən həftə "The New York Times” qəzeti ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snoudenin ABŞ xüsusi xidmətlərinin 2007-ci ildən Çinin telekommunikasiya avadanlığı istehsalçısı "Huawei” şirkətinə qarşı apardıqları casusluq fəaliyyəti ilə bağlı məlumatlarına əsaslanaraq məqalə dərc edib. ABŞ casusluqla bağlı ittihamları rədd edib, - "Digit www.digit.ru” yazır.
Baxış sayı: 743
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir