12px13px15px17px
Tarix:03/04/14

Şirkətlərin 50 faizdən çoxu mobil təhlükəsizlik məsələlərinə əhəmiyyət vermir

"ESET" antivirus proqram istehsalçısı və "FutureToday" şirkəti telekommunikasiya, konsaltinq, audit və maliyyə bazarlarını təmsil edən 185 firma arasında sorğu keçiriblər. Araşdırmanın məqsədi şirkətlərin mobil təhlükəsizlik məsələlərinə diqqətin öyrənilməsi olub.
 
Məlum olub ki, şirkətlərin 52 faizi bu məsələyə əhəmiyyət vermir: onlar işçilərin şəxsi mobil qurğuları ilə korporativ xidmət və fayllara çıxışına nəzarət etmirlər. İşə götürənlərin təxminən 33 faizi əməkdaşlarını öz cihazlarına antivirus quraşdırmaq barədə təlimatlandırır.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, yalnız şirkətlərin 8 faizi smartfon və planşetlərdən korporativ informasiyaya uzaq məsafədən çıxış imkanını tamamilə bağlayır.
 
"Şəxsi cihazlardan istifadəyə qəti qadağa, əlbəttə ki, kibertəhdidlərdən mühafizə edə bilər. Lakin bu cür yanaşma müasir trendlərə cavab vermir və "mobil" həmkarları ilə müqayisədə əməkdaşların əmək səmərəliliyini azaldır" – "ESET" şirkətinin marketinq üzrə direktoru Anna Sverdlov belə hesab edir.

Emil Hüseynov
 



Baxış sayı: 999

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024