12px13px15px17px
Tarix:05/04/14

ABŞ-da yeni yüksəkdəqiqlikli nüvə saatı işə salınıb

ABŞ Ticarət Nazirliyinin Milli Standart və Texnologiyalar İnstitutu (NIST) aprelin 3-də 300 milyon il ərzində bir saniyəlik səhvləri aradan qaldıran yeni “NIST-F2” nüvə saatını istifadəyə verib. İnstitutun məlumatına görə, yeni saat köhnəlmiş “NIST-F1” nüvə saatını əvəz etməklə ABŞ-da mülki saat standartı kimi istifadə ediləcək. “NIST-F2” əvvəlcə Parisdə yerləşən Beynəlxalq Ölçü və Çəki Bürosuna göndərilərək dünyada ən dəqiq işləyən nüvə saatı kimi təsdiq edilib.  

Yeni ABŞ nüvə saatı vaxtı köhnəlmiş “NIST-F1” kimi, izolə edilmiş sezium nüvə qruplarının müxtəlif vəziyyətləri arasında kvant keçidlər sayəsində hesablayır. “NIST-F2”nin fərqləndirici cəhəti mənfi 193 selsi dərəcəsində işləməsindədir, halbuki “NIST-F1” versiyası müsbət 27 dərəcədə işləyir. “NIST-F1” üçün bir saniyəlik səhvin aşkarlanması vaxtı yüz milyon il təşkil edib.  

“NIST”in məlumatına görə, yeni nüvə saatının işlədiyi soyuq mühit fon radiasiyasının təsirini xeyli azaldır və ölçmədə bəzi səhvləri aradan qaldırmağa imkan verir. Nüvə saatının əvvəlki versiyası “NIST-F1” 1999-cu ildən ABŞ-da işləyib və mülki vaxt standartı rolunu oynayıb. ABŞ-ın hərbi vaxt standartı digər təşkilat – ABŞ Hərbi-Dəniz Rəsədxanası tərəfindən müəyyən edilir, - “Lenta” www.lenta.ru yazır.
 



Baxış sayı: 602

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024