12px13px15px17px
Tarix:09/04/14

Kiçik və orta biznes sahəsinə qarşı həyata keçirilən kiberhücumların payı 61%-dək artıb

“Symantec” antivirus proqram təminatının istehsalçısının internet təhlükəsizliyinin təhdidləri haqqında illik hesabatına əsasən, kiçik şirkətlərə qarşı həyata keçirilən hücumların sayı artıb. Hesabat “Symantec Global Intelligence Network” analitik şəbəkəsindən toplanmış informasiya əsasında hazırlanıb.
 
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Symantec”in qiymətləndirməsinə əsasən, 2013-cü ildə kiçik və orta biznes nümayəndələrinə qarşı həyata keçirilmiş hücumların sayı 61%-ə çatıb. Kiçik şirkət nümayəndələri çox vaxt özlərini məqsədli hücumların potensial obyekti hesab etməsələr də, onların müştəri və bank informasiyası, həmçinin əqli mülkiyyəti cinayətkarların maraq dairəsindədir. Həmçinin kiçik şirkətlərdə təhlükəsizlik infrastrukturunun olmaması nəticəsində cinayətkarlar onlardan böyük korporasiyaya nüfuzetmə üsulu kimi istifadə edirlər.
 
Veb-hücumların sayı artır: 2013-cü ildə informasiya təhlükəsizliyi sahəsində ekspertlər gündəlik orta hesabla təxminən 570 min hücumun qarşısını alıblar, 2012-ci ildə bu göstərici 464 min, 2011-ci ildə 190 min olub. Zərərli hücumların sayı təxminən 500% artıb.
 
Emil Hüseynov



Baxış sayı: 822

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024