12px13px15px17px
Tarix:24/04/14

Yaxın gələcəkdə Azərbaycanda Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzi yaradılacaq

Yaxın gələcəkdə respublikada Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin, Dövlət Əməyin Mühafizəsi Fondunun, eləcə də əməyin mühafizəsi vasitələrini istehsal edən müəssisələrin yaradılması nəzərdə tutulur. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu barədə 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən  keçirilən konfransda bildirib.
 
Nazir ölkəmizdə əməyin mühafizəsinin dövlətin sosial siyasətinin əsas məqsədlərindən biri olduğunu qeyd edib: "İllər ötdükcə iqtisadiyyatın sürətlə inkişaf etməsinə, muzdlu işçilərin sayının artmasına, yeni iş yerləri və sahələrinin yaradılmasına baxmayaraq, respublikada əməyin mühafizəsi üzrə statistik göstəricilər tədricən yaxşılaşıb. "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının icrası üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planında Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiyanın hazırlanması nəzərdə tutulub.
 
Strategiya üzrə əməyin mühafizəsi sisteminin təkmilləşdirilməsi, işçilərin sağlamlığının qorunması məqsədilə onların icbari tibbi sığorta olunmalarına dövlət və ictimai nəzarətin gücləndirilməsi işləri də aparılacaq. Bununla yanaşı, əməyin mühafizəsi və gigiyenası sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi kimi tədbirlər də həmin strategiyada qeyd olunub".
 
 
Həqiqət İSABALAYEVA
 

 



Baxış sayı: 931

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024