Tarix:30/04/14
“Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələrində lisenziyalaşma üzrə direktoru Yevgeni Danilov “ICTnews” xəbər xidmətinə bildirib ki, Azərbaycanda təhsil sistemi elə qurulub ki, ali təhsil ocaqları büdcə vəsaitlərinin xərclənməsində kifayət qədər azaddırlar.
“Hər bir təhsil ocağının özünəməxsus unikal tələbatları var və ola bilər ki, standart biznes proseslərini və təlim prosesini birləşdirən universal proqram təminatı onlara uyğun gəlməsin. Problemin digər tərəfi isə odur ki, dövlət təhsili ilə yanaşı, ölkədə özəl təhsil ocaqları da var və onları lisenziyalı proqram təminatlarından istifadə etməyə cəlb etmək lazımdı. Buna görə də bizim məqsədimiz bu sektora məhsulumuzu satmaq deyil daha çox qiymət və tərkibə görə ən səmərəli proqramların tətbiqidir ki, onlar gələcəkdə təhsil sahəsində istifadə edilsin. Ümumiyyətlə, “Microsoft” üçün təhsil sahəsi gəlir gözlənilməyən bir sahədir”,- deyə o bildirib.
Qeyd edək ki, “Microsoft” şirkətinin Azərbaycan nümayəndəliyi yaxın zamanda Təhsil Nazirliyi ilə Təhsil sisteminin inkişafı üzrə yeni strategiya çərçivəsində memorandum imzalamağa hazırlaşır. Təhsil Nazirliyinin bundan öncə həyata keçirdiyi inkişaf layihəsi çərçivəsində şirkət təhsil ocaqlarına simvolik qiymətə proqram təminatı təqdim edib, “İT Akademiyalar” yaradıb . Hazırda da bu istiqamətdə işləri davam etdirir, müəllimlərin kompüter biliklərinin artırılması üzrə təlimlər keçirir.
Aynur Vəliyeva
“Microsoft” şirkəti Azərbaycanın təhsil sahəsi ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır
“Microsoft” şirkətinin Azərbaycanın təhsil sahəsi üçün təklif edəcəyi məhsulları var.“Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələrində lisenziyalaşma üzrə direktoru Yevgeni Danilov “ICTnews” xəbər xidmətinə bildirib ki, Azərbaycanda təhsil sistemi elə qurulub ki, ali təhsil ocaqları büdcə vəsaitlərinin xərclənməsində kifayət qədər azaddırlar.
“Hər bir təhsil ocağının özünəməxsus unikal tələbatları var və ola bilər ki, standart biznes proseslərini və təlim prosesini birləşdirən universal proqram təminatı onlara uyğun gəlməsin. Problemin digər tərəfi isə odur ki, dövlət təhsili ilə yanaşı, ölkədə özəl təhsil ocaqları da var və onları lisenziyalı proqram təminatlarından istifadə etməyə cəlb etmək lazımdı. Buna görə də bizim məqsədimiz bu sektora məhsulumuzu satmaq deyil daha çox qiymət və tərkibə görə ən səmərəli proqramların tətbiqidir ki, onlar gələcəkdə təhsil sahəsində istifadə edilsin. Ümumiyyətlə, “Microsoft” üçün təhsil sahəsi gəlir gözlənilməyən bir sahədir”,- deyə o bildirib.
Qeyd edək ki, “Microsoft” şirkətinin Azərbaycan nümayəndəliyi yaxın zamanda Təhsil Nazirliyi ilə Təhsil sisteminin inkişafı üzrə yeni strategiya çərçivəsində memorandum imzalamağa hazırlaşır. Təhsil Nazirliyinin bundan öncə həyata keçirdiyi inkişaf layihəsi çərçivəsində şirkət təhsil ocaqlarına simvolik qiymətə proqram təminatı təqdim edib, “İT Akademiyalar” yaradıb . Hazırda da bu istiqamətdə işləri davam etdirir, müəllimlərin kompüter biliklərinin artırılması üzrə təlimlər keçirir.
Aynur Vəliyeva
Baxış sayı: 596
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır