12px13px15px17px
Tarix:30/04/14

Rusiyaya qarşı sanksiyalara qoşulan İT-nəhənglərin sayı artır

"Microsoft"la yanaşı,  ABŞ-ın digər  İT sənaye nəhəngləri Rusiyaya qarşı sanksiyalara qoşulurlar. "ICTnews" xəbər xidmətinin "http://ufanotes.ru" saytına istinadən verdiyi məlumata əsasən, Rusiya şirkətləri ilə əməkdaşlığı eyni zamanda "Oracle", "Symantec", "Hewlett-Packard" şirkətləri də məhdudlaşdırmağı nəzərdə tutur.
 
"Ağ Ev"in sanksiya siyahısına daxil olan müştərilərə artıq bu haqda xəbərdarlıq edilib.
 
Bu şirkətlərin istehsal etdikləri proqram məhsullarından istifadə edən banklar və müəssisələr, artıq texniki dəstək və yenilənmələrdən məhrum olacaqlar.
 
Rusiyanın Dövlət Dumasının deputatı Andrey Çernoqorovun sözlərinə əsasən, bu arada bütün İT-sistemlərdən təcrid edilmə gözlənilmir, çünki bu, artıq açıq aqressiya aktı olardı.
 
Sanksiyalar tətbiq edilən "Rusiya" Bankı artıq "Hewlett-Packard"ın məhsullarının təchizatından məhrum olub və xarici şirkətlərin istehsal etdikləri proqram təminatlarının söndürülməsini gözləyirlər.
 
Aynur Vəliyeva



Baxış sayı: 612

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024