Tarix:07/05/14
Cari ilin ilk üç ayının nəticəsinə görə, poçt trafikində spamın payı 66,3% təşkil edib ki, bu da 2013-cü ilin son rübü ilə müqayisədə 6,4% aşağıdır. Amma ötən ilin müvafiq dövrü ilə müqayisədə arzuolunmaz mesajların payı cəmi 0,2 % azalıb.
“ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, ötən rüb ən nəzərəçarpan tendensiyalardan biri spamerlərin öz diqqətini mobil qurğulara kökləməsi olub. "Kasperski Laboratoriyası" mobil tətbiq bildirişləri və ya mesajları kimi maskalanmış spamların həcminin artmasını qeyd edib. Spamerlər “WhatsApp” bildirişləri altında saxta mesajlardan həm zərərli proqramların yayılması, həm də reklam saytlarına istinad kimi istifadə ediblər.
Spam mənbələrinin coğrafi bölgüsünə gəlincə, cüzi dəyişiklik olub. Top-20-də ilk üç yeri Çin, ABŞ və Cənubi Koreya bölüşdürüb: cari ilin ilk üç ayının nəticəsinə görə, bu ölkələrin payı müvafiq olaraq 21,9%, 18,8% və 13% təşkil edib.
Emil Hüseynov
Birinci rübdə elektron məktubların 66%-i spam kimi qeydə alınıb
"Kasperski Laboratoriyası" 2014-cü ilin birinci rübündə spamerlərin aktivliyi haqda hesabat dərc edib.Cari ilin ilk üç ayının nəticəsinə görə, poçt trafikində spamın payı 66,3% təşkil edib ki, bu da 2013-cü ilin son rübü ilə müqayisədə 6,4% aşağıdır. Amma ötən ilin müvafiq dövrü ilə müqayisədə arzuolunmaz mesajların payı cəmi 0,2 % azalıb.
“ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, ötən rüb ən nəzərəçarpan tendensiyalardan biri spamerlərin öz diqqətini mobil qurğulara kökləməsi olub. "Kasperski Laboratoriyası" mobil tətbiq bildirişləri və ya mesajları kimi maskalanmış spamların həcminin artmasını qeyd edib. Spamerlər “WhatsApp” bildirişləri altında saxta mesajlardan həm zərərli proqramların yayılması, həm də reklam saytlarına istinad kimi istifadə ediblər.
Spam mənbələrinin coğrafi bölgüsünə gəlincə, cüzi dəyişiklik olub. Top-20-də ilk üç yeri Çin, ABŞ və Cənubi Koreya bölüşdürüb: cari ilin ilk üç ayının nəticəsinə görə, bu ölkələrin payı müvafiq olaraq 21,9%, 18,8% və 13% təşkil edib.
Emil Hüseynov
Baxış sayı: 577
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir