12px13px15px17px
Tarix:14/05/14

“Google” fərdi məlumatların mühafizəsi haqqında Avropa qanunlarına əməl edəcək

Avropa İttifaqı (Aİ) Məhkəməsinin qərarına görə, “Google” şirkəti fərdi məlumatların mühafizəsi haqqında Avropa qanunlarına riayət etməklə axtarış sisteminə düzəlişlər edəcək.

Aİ Məhkəmə instansiyasının məlumatına əsasən, bir sıra hallarda maraqlı şəxslər şirkətə köhnəlmiş, bilavasitə onlara aid olmayan məlumatların ləğv edilməsi xahişi ilə müraciət edə bilərlər.
Əvvəllər “Google” nümayəndələri onların internetdə axtarış sisteminə nəzarət etmək imkanından məhrum olmalarını və açıq istifadədə olan fərdi məlumatların əldə edilməsinə görə məsuliyyət daşımadıqlarını bildiriblər. Sorğu ilə informasiyanın tapılmasına görə məsuliyyəti məlumatın yerləşdirildiyi sayt sahibi daşıyır, şirkət yalnız xəbərə istinad verir.
  
Aİ Məhkəməsi bu qərarı İspaniya vətəndaşının iddiası əsasında çıxarıb. İddiaya görə, “Google” axtarış sisteminə iddiaçının adı daxil edilən zaman onun 1998-ci ildə borca görə evinin satılması ilə bağlı köhnə elanı görmək mümkün olub. İspaniyada ümumilikdə 180 belə iddia qaldırılıb.

Qeyd edək ki, “Google” ABŞ internet şirkəti olmaqla bütün axtarış sistemləri arasında liderdir. 1998-ci ildə Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkət 2004-cü ildə 1,9 milyard dollar dəyərində səhmlərin ilk yerləşdirilməsini həyata keçirib. Hazırda “Google” dünya axtarış sorğuları bazarının 80 faizindən çoxuna sahibdir. Şirkətin əsas gəlir mənbəyini sistemin səhifələrində axtarışın nəticələri ilə bağlı olan onlayn reklam təşkil edir.   
 
“Google”a axtarış sistemi ilə yanaşı, dünyanın ən populyar “YouTube” videohostinqi məxsusdur, “Gmail” poçt servisi və “Google+” sosial şəbəkəsinin idarəedicisidir, habelə mobil qurğular üçün “Android” əməliyyat sisteminin tərtibatçısıdır, - “İTAR-TASS www.itar-tass.com” yazır.    
 
 
 



Baxış sayı: 598

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024