12px13px15px17px
Tarix:21/05/14

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi məxfi məlumatları silmək üçün sərt diski məhv etməyi tövsiyə edir

Azərbaycan Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi istifadəçilərə məxfi məlumatın 100% məhv edilməsinin yeganə üsulu birbaşa Sərt Disk (HDD)-in özünün məhv edilməsini tövsiyə edir.
 
Mərkəzdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, banklarda və ya başqa vacib yerlərdə məxfi sənədlərin dəqiq məhv edilməsindən əmin olmaq üçün onları
kompüterdən adi qaydalarla silmək yetmir, çünki belə halda məlumatlar tam silinmir. İstənilən halda onları xüsusi proqram təminatları (recover softs: Easy Recovery, Recuva, Power Data Recovery,TuneUpUtilities, R Studio və s.) vasitəsilə geri qaytarmaq mümkündür. Bir çoxları diskin format edilməsinin çıxış yolu olduğunu fikirləşirlər, lakin bu belə deyil, çünki qeyd edilən proqramlar disk bölmələrini də geri qaytara bilər.
 
Adi qaydalarla faylları silmək, demək olar ki, mümkün deyil. Silinmə əməliyyatı yalnız o zaman başlayır ki, istifadəçinin diskindəki bütün boş bölmələr (partitionlar) dolmuş olsun və növbəti yazılan fayllar üçün disk silinmiş kimi göstərilən partitionları istifadə etsin. Yəni əgər o məlumatın olduğu ünvana başqa bir məlumat yazılmasa, həmin məlumat olduğu kimi qalacaq. Bu vəziyyətlərdə çıxış yolu həmin silmək istədiyiniz sənədin üzərinə ixtiyari (random) məlumatlar yazmaqdır. Yəni diskin format edilməsi və ya faylın SHİFT+DEL+ENTER və ya DEL+ENTER kimi silmə komandaları çıxış yolu deyil. Bu əməliyyatı həyata keçirmək üçün xüsusi “file wipe” alqoritmləri mövcuddur.
 
Bunlardan ən tanınmışları aşağıdakılardır:

Gutmann (Peter Gutmann) 35 pass

The DoD 5220.22-M

NAVSO P5239-26

PRNG.
Sadalananlardan ən geniş yayılanı Gutmann alqoritmidir. Gutmann texnikası, məlumatı silmək üçün, daha doğrusu, yox etmək üçün üzərinə 35 dəfə məlumat yazılmasını nəzərdə tutan bir texnikadır.
 
Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi tərəfindən hazırlanan “The DoD 5220.22-M (Department of defence)” əsaslandırmasına görə, xüsusi gizli məlumatları yox etmək üçün nəzərdə silinəcək olan məlumatın üzərinə 7 dəfə yazma üsuludur.
 
Aynur Vəliyeva
 




 



Baxış sayı: 656

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024