Tarix:26/05/14
KİMM-dən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hazırda mərkəz tərəfindən “www.cert.gov.az” internet istifadəçiləri üçün “Malware Report” proqramı hazırlanır.
İstifadəçilər “Malware Report” proqram təminatını kompüterlərində quraşdıraraq təhlükəli və ya şübhəli bildikləri faylları bu proqram təminatı vasitəsilə KİMM-ə göndərəcək. KİMM "Malware Lab” isə öz növbəsində göndərilən faylları laboratoriya şəraitində analiz edərək fayl haqqında rəyini istifadəçilərə göndərəcək.
Proqram təminatının digər üstünlüyü “cert.gov.az” saytında yayımlanan boşluqlar, xəbərdarlıqlar haqqında proqram təminatının xüsusi bölməsində istifadəçilərin məlumatlandırılması olacaq.
Proqram təminatının əsas məqsədi istifadəçilərin şübhəli bildikləri faylların analizi ilə Azərbaycana yönələn məqsədli və ya məqsədsiz yoluxmaların trendini, “malware” hədəflərini, o cümlədən “malware” qoşulmalarını və “root” istifadəçiləri müəyyən edərək onlara qarşı qoruyucu və qabaqlayıcı tədbirlər görmək və mümkün təhlükələr barədə istifadəçiləri məlumatlandırmaq olacaq.
KİMM “Malware Report” proqramının istifadəyə verilməsi layihənin digər bir hissəsi olan “Sandbox” istifadəsinin genişləndirilməsi və hazırda ilkin mərhələdə fəaliyyət göstərən “Honeypot” layihəsinin çeşidləndirilməsinə də təkan verəcək.
“cert.gov.az” bu proqramın yalnız dövlət qurumları üçün deyil, bütün yerli internet istifadəçiləri üçün açıq ola biləcəyini bildirir. Proqram təminatının gələcəkdə antivirus kimi fəaliyyət göstərməsinin proqramın gələcək versiyalarında nəzərdə tutulması da istisna deyil.
Aynur Vəliyeva
Azərbaycanda “Malware Report” antivirus proqramının bənzəri yaradılır
Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (KİMM) internet istifadəçiləri üçün antivirus proqramı bənzərində yeni bir sistem istifadəyə vermək niyyətindədir.KİMM-dən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hazırda mərkəz tərəfindən “www.cert.gov.az” internet istifadəçiləri üçün “Malware Report” proqramı hazırlanır.
İstifadəçilər “Malware Report” proqram təminatını kompüterlərində quraşdıraraq təhlükəli və ya şübhəli bildikləri faylları bu proqram təminatı vasitəsilə KİMM-ə göndərəcək. KİMM "Malware Lab” isə öz növbəsində göndərilən faylları laboratoriya şəraitində analiz edərək fayl haqqında rəyini istifadəçilərə göndərəcək.
Proqram təminatının digər üstünlüyü “cert.gov.az” saytında yayımlanan boşluqlar, xəbərdarlıqlar haqqında proqram təminatının xüsusi bölməsində istifadəçilərin məlumatlandırılması olacaq.
Proqram təminatının əsas məqsədi istifadəçilərin şübhəli bildikləri faylların analizi ilə Azərbaycana yönələn məqsədli və ya məqsədsiz yoluxmaların trendini, “malware” hədəflərini, o cümlədən “malware” qoşulmalarını və “root” istifadəçiləri müəyyən edərək onlara qarşı qoruyucu və qabaqlayıcı tədbirlər görmək və mümkün təhlükələr barədə istifadəçiləri məlumatlandırmaq olacaq.
KİMM “Malware Report” proqramının istifadəyə verilməsi layihənin digər bir hissəsi olan “Sandbox” istifadəsinin genişləndirilməsi və hazırda ilkin mərhələdə fəaliyyət göstərən “Honeypot” layihəsinin çeşidləndirilməsinə də təkan verəcək.
“cert.gov.az” bu proqramın yalnız dövlət qurumları üçün deyil, bütün yerli internet istifadəçiləri üçün açıq ola biləcəyini bildirir. Proqram təminatının gələcəkdə antivirus kimi fəaliyyət göstərməsinin proqramın gələcək versiyalarında nəzərdə tutulması da istisna deyil.
Aynur Vəliyeva
Baxış sayı: 1264
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir