Tarix:22/08/11
Qurumun qərarına əsasən, Almaniyanın bütün dövlət institutları “Facebook Like” düyməsini öz saytlarından silməli və dünyanın ən böyük sosial şəbəkəsində öz rəsmi bloqlarını bağlamalıdırlar.
İdarənin bəyanatında bildirilib ki, indiki vəziyyət həm alman, həm də Avropa qanunvericiliyinə ziddir. Sözügedən qurum “Facebook” şəbəkəsinin alman və ümumavropa qanunvericiliyinin pozulmalarının texniki analizi ilə bağlı sənəd dərc edib.
“Facebook”a qarşı irəli sürülən əsas iddia ondan ibarətdir ki, sosial şəbəkə alman (və Avropa) dövlət məlumatlarını Avropa Birliyi xaricində olan serverlərdə saxlayır.
"Facebook”a daxil olan insanlar bilməlidirlər ki, onların məlumatları 2 il ərzində həm saxlanılacaq, həm də istifadə olunacaq" - deyə idarədən bildiriblər.
Alman rəsmi saytlarına “Facebook” ilə dostluq etməyi qadağan ediblər
Şəxsi və dövlət məlumatlarının təhlükəsizliyi üçün məsuliyyət daşıyan Almaniyanın tənzimləyici orqanı “Facebook” sosial şəbəkəsi tərəfindən yerli qanunvericiliyin pozulması faktını aşkar edib.Qurumun qərarına əsasən, Almaniyanın bütün dövlət institutları “Facebook Like” düyməsini öz saytlarından silməli və dünyanın ən böyük sosial şəbəkəsində öz rəsmi bloqlarını bağlamalıdırlar.
İdarənin bəyanatında bildirilib ki, indiki vəziyyət həm alman, həm də Avropa qanunvericiliyinə ziddir. Sözügedən qurum “Facebook” şəbəkəsinin alman və ümumavropa qanunvericiliyinin pozulmalarının texniki analizi ilə bağlı sənəd dərc edib.
“Facebook”a qarşı irəli sürülən əsas iddia ondan ibarətdir ki, sosial şəbəkə alman (və Avropa) dövlət məlumatlarını Avropa Birliyi xaricində olan serverlərdə saxlayır.
"Facebook”a daxil olan insanlar bilməlidirlər ki, onların məlumatları 2 il ərzində həm saxlanılacaq, həm də istifadə olunacaq" - deyə idarədən bildiriblər.
Baxış sayı: 1854
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib