Tarix:29/05/14
Tədqiqatda qeyd olunur ki, yaxın beş ildə əsas inkişaf etmiş bazarlarda “Twitter” istifadəçilərinin say artımı xeyli zəifləyəcək. Belə ki, 2018-ci ilədək servis üçün əsas hesab edilən regionlarda – ABŞ və Yaponiyada artım tempi müvafiq olaraq 6,4 və 6,1 faizədək aşağı düşəcək. Göstərilən dövr ərzində dünyada 386,9 milyon “Twitter” istifadəçisinin olacağı gözlənilir. Bundan əvvəl servisin auditoriyasının bir neçə ildən sonra 1 milyard nəfərə çata bilməsi ilə bağlı proqnozlar verilib.
Bununla yanaşı, “eMarketer” mütəxəssisləri diqqəti “Twitter”in inkişaf etməkdə olan regionlarda yüksək potensialının olmasına yönəldir. Xüsusilə Asiyada auditoriyanın kəskin artımı gözlənilir. Güman edilir ki, artıq 2014-cü ildə Hindistan və İndoneziya “Twitter” istifadəçilərinin sayına görə Böyük Britaniyanı geridə qoyaraq üçüncü və dördüncü yerə yüksələcək. Proqnoza əsasən, bu iki ölkədə servisin auditoriyası cari ildə müvafiq olaraq 61,7 və 56,9 faiz artacaq, - “DailyComm www.dailycomm.ru” yazır.
2018-ci ilədək “Twitter” istifadəçilərinin sayı 400 milyon ola bilər
“eMarketer” konsaltinq agentliyinin proqnozuna görə, 2018-ci ilədək dünyanın populyar “Twitter” mikrobloqlar servisi istifadəçilərinin sayı 400 milyona yaxınlaşacaq və onların əsas hissəsi Asiya, Cənubi Amerika və Yaxın Şərq sakinləri olacaq.Tədqiqatda qeyd olunur ki, yaxın beş ildə əsas inkişaf etmiş bazarlarda “Twitter” istifadəçilərinin say artımı xeyli zəifləyəcək. Belə ki, 2018-ci ilədək servis üçün əsas hesab edilən regionlarda – ABŞ və Yaponiyada artım tempi müvafiq olaraq 6,4 və 6,1 faizədək aşağı düşəcək. Göstərilən dövr ərzində dünyada 386,9 milyon “Twitter” istifadəçisinin olacağı gözlənilir. Bundan əvvəl servisin auditoriyasının bir neçə ildən sonra 1 milyard nəfərə çata bilməsi ilə bağlı proqnozlar verilib.
Bununla yanaşı, “eMarketer” mütəxəssisləri diqqəti “Twitter”in inkişaf etməkdə olan regionlarda yüksək potensialının olmasına yönəldir. Xüsusilə Asiyada auditoriyanın kəskin artımı gözlənilir. Güman edilir ki, artıq 2014-cü ildə Hindistan və İndoneziya “Twitter” istifadəçilərinin sayına görə Böyük Britaniyanı geridə qoyaraq üçüncü və dördüncü yerə yüksələcək. Proqnoza əsasən, bu iki ölkədə servisin auditoriyası cari ildə müvafiq olaraq 61,7 və 56,9 faiz artacaq, - “DailyComm www.dailycomm.ru” yazır.
Baxış sayı: 718
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib