12px13px15px17px
Tarix:29/05/14

Kibermüdafiə məsələləri İsveçrədə müzakirə olunub

İsveçrənin Montreux şəhərində NATO-nun Sənaye Resursları və Rabitə Xidmətləri qrupunun Avro-Atlantika Tərəfdaşlığı Şurası formatında birgə seminar keçirilib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına görə, 26-27 may tarixində baş tutan seminarda müxtəlif ölkələrdən 80-ə yaxın iştirakçı qatılıb.
 
Sözügedən beynəlxalq tədbirdə Azərbaycan tərəfindən Rabitə və Yüksək Texnologiyalar, Fövqəladə Hallar, İqtisadiyyat və Sənaye nazirliklərinin əməkdaşları iştirak ediblər.
 
Seminarda kritik infrastrukturun mühafizəsi, kiberhücumlar, kibermüdafiə, kiberhücumdan sonrakı fəaliyyət, informasiya təhlükəsizliyi və sair mövzularda çıxışlar edilib.
 
Sözügedən istiqamətdə qabaqcıl texnologiyalar, əldə olunan nailiyyətlər, inkişaf etmiş ölkələrin istifadə etdiyi yeniliklər, metodlarla bağlı mühazirələr dinlənilib və müzakirələr aparılıb.
 
Qeyd edək ki, sonda təşkilatçılar tərəfindən hidroelektrik stansiyaya ekskursiya təşkil edilib.
 
SEYMUR



Baxış sayı: 971

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024