Tarix:05/06/14
Dərc olunan sənədlərə görə, sistem iritutumlu məlumatları analiz etməli, “Twitter” mikrobloqlar şəbəkəsinin arxivinə çıxışı olmalı, yenilikləri və s. izləməlidir. Servisə çıxış 2009-cu ildə çıxan "Internet Explorer 8” daxil olmaqla brauzerlə həyata keçirilir.
Məxfi Xidmətin nümayəndəsi Ed Donovanın sözlərinə görə, xidmət “Twitter”in analizi üçün sistemə malik olmaq niyyətindədir. “Sarkazmın aşkar olunması bizim sistemdən tələb etdiyimiz funksiyalardan biridir”, - deyə o bildirib.
Qeyd edək ki, xüsusi xidmət orqanlarının əməkdaşları bəzən sosial şəbəkələrdə partlayış törətmək və ya kimisə öldürmək kimi müxtəlif zarafatlarla qarşılaşırlar. Məsələn, apreldə niderlandlı qız şəbəkədə “American Airlines” təyyarəsini partlatmaq istədiyini yazıb. Lakin hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalardan və sorğu-sualdan sonra Niderland sakininin zarafat etdiyi müəyyən olunub.
2013-cü ildə Fransanın “Spotter” şirkəti istehzalı şərhləri aşkar edən proqram təminatı yaratmasını bəyan edib, - "theRunet www.therunet.com” yazır.
ABŞ Məxfi Xidməti sosial şəbəkələrdə sarkazmı müəyyənləşdirən sistem sifariş edib
ABŞ Məxfi Xidməti sosial şəbəkələrdə sarkazmı və digər zarafatcıl ifadələri avtomatik müəyyənləşdirən sistem sifariş edib. Bu barədə “The Washington Post” nəşri məlumat verib. Sifariş özəl təşkilatların dövlət strukturlarına öz xidmətlərini təklif edə biləcəyi xüsusi saytda dərc olunub.Dərc olunan sənədlərə görə, sistem iritutumlu məlumatları analiz etməli, “Twitter” mikrobloqlar şəbəkəsinin arxivinə çıxışı olmalı, yenilikləri və s. izləməlidir. Servisə çıxış 2009-cu ildə çıxan "Internet Explorer 8” daxil olmaqla brauzerlə həyata keçirilir.
Məxfi Xidmətin nümayəndəsi Ed Donovanın sözlərinə görə, xidmət “Twitter”in analizi üçün sistemə malik olmaq niyyətindədir. “Sarkazmın aşkar olunması bizim sistemdən tələb etdiyimiz funksiyalardan biridir”, - deyə o bildirib.
Qeyd edək ki, xüsusi xidmət orqanlarının əməkdaşları bəzən sosial şəbəkələrdə partlayış törətmək və ya kimisə öldürmək kimi müxtəlif zarafatlarla qarşılaşırlar. Məsələn, apreldə niderlandlı qız şəbəkədə “American Airlines” təyyarəsini partlatmaq istədiyini yazıb. Lakin hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalardan və sorğu-sualdan sonra Niderland sakininin zarafat etdiyi müəyyən olunub.
2013-cü ildə Fransanın “Spotter” şirkəti istehzalı şərhləri aşkar edən proqram təminatı yaratmasını bəyan edib, - "theRunet www.therunet.com” yazır.
Baxış sayı: 635
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir