Tarix:06/06/14
“DARPA” nümayəndələrinin bildirdiyinə görə, müasir şəbəkə təhlükəsizliyi sistemləri həmişə adekvat işləmir, bəzən boşluqların aşkar olunması üçün proqramçıların iştirakı tələb olunur və çox vaxt sistemdəki boşluqlar hakerlərin müdaxiləsindən sonra aşkarlanır. Həmçinin “Əşyalar interneti”nin (Internet of Things, IoT) inkişafı ilə risklər durmadan artır.
Hücumların daim artması və şaxələndirilməsi şəraitində onlara qarşı müqavimət üçün yeganə effektiv üsul yalnız tam avtomatlaşdırılmış sistem ola bilər. “Cyber Grand Challenge” zamanı müstəsna olaraq boşluq və təhdidlərin axtarışı üzrə kompüterlərin işi sınaqdan keçiriləcək. “DARPA” müsabiqə iştirakçıları üçün “Linux” sistemində açıq proqram buraxıb.
Final mərhələsi “Defcon 2016” konfransında keçiriləcək müsabiqənin qalibi 2 milyon, ikinci yeri tutan 1 milyon, üçüncü yerin sahibi 750 min dollar məbləğində pul mükafatı alacaq, - "IT Expert www.itexpert.org.ua” yazır.
“DARPA” avtomatlaşdırılmış kibermühafizə sistemlərinin yaradılması üçün müsabiqə elan edib
ABŞ Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (DARPA) yeni avtomatlaşdırılmış kibermühafizə sistemlərinin yaradılması üçün “Cyber Grand Challenge” müsabiqəsini elan edib. Müsabiqədə 30 komandanın iştirakı gözlənilir.“DARPA” nümayəndələrinin bildirdiyinə görə, müasir şəbəkə təhlükəsizliyi sistemləri həmişə adekvat işləmir, bəzən boşluqların aşkar olunması üçün proqramçıların iştirakı tələb olunur və çox vaxt sistemdəki boşluqlar hakerlərin müdaxiləsindən sonra aşkarlanır. Həmçinin “Əşyalar interneti”nin (Internet of Things, IoT) inkişafı ilə risklər durmadan artır.
Hücumların daim artması və şaxələndirilməsi şəraitində onlara qarşı müqavimət üçün yeganə effektiv üsul yalnız tam avtomatlaşdırılmış sistem ola bilər. “Cyber Grand Challenge” zamanı müstəsna olaraq boşluq və təhdidlərin axtarışı üzrə kompüterlərin işi sınaqdan keçiriləcək. “DARPA” müsabiqə iştirakçıları üçün “Linux” sistemində açıq proqram buraxıb.
Final mərhələsi “Defcon 2016” konfransında keçiriləcək müsabiqənin qalibi 2 milyon, ikinci yeri tutan 1 milyon, üçüncü yerin sahibi 750 min dollar məbləğində pul mükafatı alacaq, - "IT Expert www.itexpert.org.ua” yazır.
Baxış sayı: 753
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir