12px13px15px17px
Tarix:10/06/14

İnformasiya təhlükəsizliyinin təmini üçün lazım olan həllərin həcmi sürətlə artır

“International Data Corporation” (IDC) analitik şirkəti informasiya təhlükəsizliyinin (İT) təmini qurğuları bazarının tədqiqat nəticələrini dərc edib və müsbət dinamikanı qeydə alıb. “Cisco” şirkəti əvvəlki tək liderdir.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2014-cü ilin birinci rübündə İT məhsulları aparatlarının satış həcmi 2,1 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 8% yüksəkdir. 18-ci dəfə rüblük artım qeydə alınıb. Yanvar-martda bu bazarda məhsul tədarüklərinin həcmi 2,4% artaraq 478384 olub.
 
İT bazarında ən yüksək artım tempi (20%) Latın Amerikasında müşahidə olunub. Asiya-Sakit okean regionunda (Yaponiya istisna olmaqla) illik hesablama üzrə 13,6% artım qeydə alınıb.
 
İT aparat həlləri qlobal bazarının 43%-nə nəzarət edən Şimali Amerikada gəlir 12.1% artıb. Qərbi Avropada artım tempi regiondakı iqtisadi çətinliklərə görə, demək olar, sıfıra bərabərdir.
 
"Təhlükəsizlik məsələlərinə daha çox diqqət ayrılır, bu da “Target”, “Nieman Marcus” və başqa şirkətlərdən genişmiqyaslı məlumat sızması ilə qismən bağlıdır – “IDC” şirkətində təhlükəsizlik sahəsində məhsul və xidmət tədqiqatları üzrə menecer Con Qredi deyib.
 
Emil Hüseynov



Baxış sayı: 615

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024