12px13px15px17px
Tarix:10/06/14

ABŞ yenidən Çini kibercasusluqda ittiham edib

İnternet təhlükəsizlik problemləri ilə məşğul olan ABŞ-ın “CrowdStrike” özəl şirkəti Çin hərbçilərini genişmiqyaslı haker əməliyyatları keçirməkdə ittiham edib. Hədəf ABŞ-ın peyk və hava-kosmik proqramı olub.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, bazar ertəsi “CrowdStrike” şirkətinin dərc etdiyi hesabata əsasən, Çin Xalq-xilaskar ordusunun Şanxayda yerləşən hərbi hissələrindən biri  2007-ci ildən etibarən ABŞ Müdafiə Nazirliyinin dövlət idarələri və podratçılarına qarşı haker hücumları həyata keçirib.
 
Analitiklərin məlumatına görə, kosmik və hava-kosmik sahələri, həmçinin informasiya texnologiyaları sahəsi Çin hakerlərinin əsas hədəfi olub. Kibercasusluq üçün məşhur ofis proqramlarından (məsələn, Adobe Reader və Microsoft Office) istifadə olunub. Nəticədə istifadəçilərin kompüterlərinə haker proqramları quraşdırılıb.
 
Emil Hüseynov



Baxış sayı: 573

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024