Tarix:24/06/14
“ICTnews” xəbər xidmətinin BSA hesabatına əsasən verdiyi məlumata görə, 2007-2013-cü illəri əhatə edən hesabatda bildirilib ki, Azərbaycanda 2013-cü ilin nəticələrinə əsasən, pirat proqram təminatının istifadəsi 2011-ci ilə nisbətən 2% azalaraq 85% təşkil edib. 2007-ci ildə bu göstərici 92%, 2009-cu ildə 88% təşkil edib.
Bununla yanaşı, ölkədə 2013-cü ilin nəticələrinə əsasən, kompüterlərə tətbiq edilmiş lisenziyasız proqram təminatının kommersiya dəyəri 35%-dək artaraq 103 milyon dollar təşkil edib. 2007-ci ildə bu göstərici 50 milyon dollar, 2009-cu ildə 52 milyon dollar, 2011-ci ildə isə 67 milyon dollar təşkil edib.
Sevindirici haldır ki, Azərbaycanda lisenziyasız proqram təminatından istifadə edənlər Belarus (86%), Ermənistan (86%), Gürcüstan (90%) və Moldovadan (90%) azdır.
Ümumilikdə hesabat dövründə dünya üzrə lisenziyasız proqram təminatının bazar payı orta hesabla 43%, pirat proqram təminatının istifadəsindən dəyən ziyanın dəyəri isə 62 milyard 709 milyon dollar təşkil edib.
Hesabatda bildirilir ki, lisenziyasız proqram təminatının istifadəsinin əsas təhlükəsi kimi istifadəçilərin 64%-i hakerlərin sanksiyalaşdırılmamış müdaxiləsini, 59%-i isə məlumat itkisini əsas götürür.
Aynur Vəliyeva
BSA hesabatına görə, Azərbaycanda pirat proqram təminatının istifadəsi azalıb
Azərbaycanda son iki il ərzində pirat proqram təminatının istifadəsi azalıb.“ICTnews” xəbər xidmətinin BSA hesabatına əsasən verdiyi məlumata görə, 2007-2013-cü illəri əhatə edən hesabatda bildirilib ki, Azərbaycanda 2013-cü ilin nəticələrinə əsasən, pirat proqram təminatının istifadəsi 2011-ci ilə nisbətən 2% azalaraq 85% təşkil edib. 2007-ci ildə bu göstərici 92%, 2009-cu ildə 88% təşkil edib.
Bununla yanaşı, ölkədə 2013-cü ilin nəticələrinə əsasən, kompüterlərə tətbiq edilmiş lisenziyasız proqram təminatının kommersiya dəyəri 35%-dək artaraq 103 milyon dollar təşkil edib. 2007-ci ildə bu göstərici 50 milyon dollar, 2009-cu ildə 52 milyon dollar, 2011-ci ildə isə 67 milyon dollar təşkil edib.
Sevindirici haldır ki, Azərbaycanda lisenziyasız proqram təminatından istifadə edənlər Belarus (86%), Ermənistan (86%), Gürcüstan (90%) və Moldovadan (90%) azdır.
Ümumilikdə hesabat dövründə dünya üzrə lisenziyasız proqram təminatının bazar payı orta hesabla 43%, pirat proqram təminatının istifadəsindən dəyən ziyanın dəyəri isə 62 milyard 709 milyon dollar təşkil edib.
Hesabatda bildirilir ki, lisenziyasız proqram təminatının istifadəsinin əsas təhlükəsi kimi istifadəçilərin 64%-i hakerlərin sanksiyalaşdırılmamış müdaxiləsini, 59%-i isə məlumat itkisini əsas götürür.
Aynur Vəliyeva
Baxış sayı: 633
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir