12px13px15px17px
Tarix:24/06/14

Diqqət: Məşhur mobil oyunun virusa yoluxdurulmuş 240 klounu var

“McAfee Labs” antivirus şirkətinin tədqiqatçı bölməsi məşhur “Flappy Birds” oyununun   bir neçə yüz kloununu aşkar edib. 300 əlavənin yoxlanılması nəticəsində məlum olub ki, onların 80%-i ziyanvericidir.
 
Bəzi klounlar smartfon sahibinin xəbəri olmadan zənglər edib və SMS-lər göndərib, proqramları aktiv edib və istifadəçinin yerləşdiyi yeri müəyyən ediblər. Qurğuda saxlanılan istənilən şəxsi məlumatlara tam çıxış əldə ediblər.

“McAfee Labs” araşdırmaları smartfonlar üçün ziyanverici proqramların sayının artdığını göstərir. Təkcə 2013-cü ildə onların sayı 2,5 dəfədən çox artıb. Ötən il 2,4 milyon yeni mobil virus ortaya çıxıb.

Ziyanverici proqramların yayıldığı hostinqlərin 67%-dən çoxu Şimali Amerikada, 20%-ə yaxını Avropada və Yaxın Şərqdə, 10%-dən bir az çoxu Cənub-Şərqi Asiyada və Sakit okean regionunda və cəmi 2% Latın Amerikasında  yerləşir.

Fişinq saytlarının 55%-i ABŞ-da host olunurlar. Onların 24%-i istifadəçilərdən qeyri-qanuni gəlir əldə etmək məqsədi ilə Hollandiya serverlərində, 7%-i isə Almaniyada yerləşir. Rusiyanın payına bu saytların 3%-i düşür. Spam bir çox hallarda Amerika, Yaponiya və Britaniya serverlərindən paylanır.
“Flappy Bird” — 2013-cü ildə Nquen Donqa adlı vyetnamlı tərəfindən yaradılmış mobil oyundur. Bu oyun böyük populyarlıq əldə edib və  50 milyondan çox  yüklənib. Fevralda Donqa servisi “App Store” və “Google Play”dən silib, çünki insanlar bu oyuna aludə olurlar. Bundan sonra əlavələr dükanlarında oyunun çoxsaylı klounları əmələ gəlib.
Aynur Vəliyeva



Baxış sayı: 635

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024