12px13px15px17px
Tarix:27/06/14

“ICTPC” müəllif hüquqlarının ən çox pozulduğu ölkələrin siyahısını dərc edib

ABŞ Konqresi yanında beynəlxalq piratçılığa qarşı mübarizə üzrə İşçi Qrupu müəllif hüquqlarının ən çox pozulduğu ölkələrin siyahısını dərc edib. Siyahıda Rusiya, Çin, İsveçrə və Hindistan kimi ölkələr yer alıb. 
Məruzə tərtibatçıları qeyd edirlər ki, Rusiya və Çində lisenziyalaşdırılmamış proqram təminatından istifadə səviyyəsi çox yüksəkdir. Məsələn, 2013-cü ildə Çində bu göstərici 74 faiz olub.

Bazarın perspektivliyinə baxmayaraq “Microsoft” kimi nəhəng tərtibatçıların satış həcmi bu ölkələrdə yüksək olmayaraq qalır. “Microsoft” 2012-ci ildə “Windows 8” əməliyyat sistemini və “Surface” planşet kompüterini buraxdıqdan sonra piratçılıqla mübarizə etməyə çalışsa da, bu sahədə uğur qazana bilməyib. Cari ilin mayında isə Çin hökumətinin kompüterlərində “Windows 8”-dən istifadəyə qadağa qoyulub.


Həm Rusiya, həm də Çin “ICTPC”-nin siyahısında əvvəllər də yer alıb. Hindistanın yerli mətbuatında piratçılıq səviyyəsinin aşağı düşməsi ilə bağlı məlumatların dərc edilməsinə baxmayaraq bu ölkə siyahıda yer alıb. 2013-cü ildə bu göstərici 60 faiz təşkil etməklə 2011-ci ilə nisbətdə 3 faiz az olub.
“ICTPC” gözlənilmədən “qara siyahı”yaəvvəllər ABŞ ticarət nümayəndəliyinin piratçılığın yüksək səviyyədə olmadığı ölkə kimi hesab etdiyi İsveçrəni daxil edib. İsveçrə siyahıya ilk dəfə 2012-ci ildə Ali Məhkəmənin qərarına görə düşüb, - “Vestiwww.vesti.ru” yazır.



Baxış sayı: 634

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024