Tarix:27/06/14
“Peer J” jurnalında dərc edilən tədqiqatdan məlum olub ki, “FaceLock” çoxlu üstünlüklərə malikdir. Ən böyük üstünlüyü isə unudulmuş parolla bir il istifadə edilməyən sınaq sistemə daxil olmaq imkanıdır.
“FaceLock” qrafik elementlərlə işləyən yeganə parol sistemi deyil. Belə ki, “Passfaces” sistemi də təklif olunan siyahıdan tanış fotoşəkli seçməyi tələb edir. Lakin “FaceLock”un böyük bir fərqi var. Çünki burada hətta tanış insanların şəkilləri daim dəyişir.
Məsələ ondadır ki, insanlar sifətləri eyni şəkildə tanımırlar. Bir tərəfdən, təsvirin keyfiyyətindən asılı olmayaraq yüzlərlə insan arasında tanış şəxsi tapmaq problem deyil, digər tərəfdən, müxtəlif təsvirlərdə tanış olmayan eyni şəxs müxtəlif insanların obrazı kimi başa düşülür.
120 könüllünün iştirak etdiyi sınaq bu sistemin fəaliyyət göstərə biləcəyini sübut edib.
Lakin çox təəssüf ki, "FaceLock” sisteminin yaxın vaxtlarda tətbiqi nəzərdə tutulmur. Tədqiqatçılar bildirirlər ki, onların gördüyü işin məqsədi yeni parol sistemi yaratmaq yox, sifətlərin tanınması texnologiyasını təkmilləşdirməkdən ibarətdir, - "Hi-Tech News www.hi-news.ru” yazır.
Alimlər unudulması qeyri-mümkün olan etibarlı parol icad ediblər
Böyük Britaniyanın York və Qlazqo universitetlərinin alimləri doqquz təsvirin içindən tanış olan şəxsin sifətinin seçilməsi vasitəsilə bank hesablarına, telefon və ya internet saytlarına operativ çıxışı təmin edəcək yeni "FaceLock” parol sistemi hazırlayıblar.“Peer J” jurnalında dərc edilən tədqiqatdan məlum olub ki, “FaceLock” çoxlu üstünlüklərə malikdir. Ən böyük üstünlüyü isə unudulmuş parolla bir il istifadə edilməyən sınaq sistemə daxil olmaq imkanıdır.
“FaceLock” qrafik elementlərlə işləyən yeganə parol sistemi deyil. Belə ki, “Passfaces” sistemi də təklif olunan siyahıdan tanış fotoşəkli seçməyi tələb edir. Lakin “FaceLock”un böyük bir fərqi var. Çünki burada hətta tanış insanların şəkilləri daim dəyişir.
Məsələ ondadır ki, insanlar sifətləri eyni şəkildə tanımırlar. Bir tərəfdən, təsvirin keyfiyyətindən asılı olmayaraq yüzlərlə insan arasında tanış şəxsi tapmaq problem deyil, digər tərəfdən, müxtəlif təsvirlərdə tanış olmayan eyni şəxs müxtəlif insanların obrazı kimi başa düşülür.
120 könüllünün iştirak etdiyi sınaq bu sistemin fəaliyyət göstərə biləcəyini sübut edib.
Lakin çox təəssüf ki, "FaceLock” sisteminin yaxın vaxtlarda tətbiqi nəzərdə tutulmur. Tədqiqatçılar bildirirlər ki, onların gördüyü işin məqsədi yeni parol sistemi yaratmaq yox, sifətlərin tanınması texnologiyasını təkmilləşdirməkdən ibarətdir, - "Hi-Tech News www.hi-news.ru” yazır.
Baxış sayı: 610
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir