Tarix:15/07/14
Şirkət mütəxəssislərinin sözlərinə görə, bir meqahücum kiçik hücumla müqayisədə 50 dəfə daha çox ziyan vurur. "Cinayətkarların getdikcə daha çox səbir nümayiş etdirməsi təəccüb doğurur, onlar istədikləri nəticəni əldə etmək üçün gözləməyə və hücuma çoxlu vaxt sərf etməyə hazırdırlar. Bu halda hücumların mürəkkəblik səviyyəsi artır", - "Symantec Security Response" bölməsinin direktoru Kevin Heyli qeyd edib. "Symantec"in məlumatına görə, 2013-cü ildə dünyada ən böyük məlumat sızmasının hər səkkizdən biri kibercinayətkarlara on milyonlarla informasiyaya (2012-ci ildə yalnız bir böyük sızma ilə bu hədd keçilib) çıxış əldə etməyə imkan verib.
2013-cü ildə informasiya sızması sayının artımı 62 faiz təşkil edib. Analitiklər qeyd edirlər ki, kiberhücumlar birbaşa zərərlə yanaşı, dolayı yolla da ziyan vururlar. Belə ki, müştərilərin hücumu dəf edə bilməyən və məlumatları oğurlanan şirkətlərə inamı itir.
Ötən il dünya miqyasında məqsədyönlü hücumların (target attacks) sayı 91 faiz artıb. Xatırladaq ki, bu aksiyalar konkret qurban şirkətin seçilməsini və cinayətkarlar tərəfindən şirkətin informasiya təhlükəsizliyi sisteminə uyğun fəaliyyət ssenarilərinin hazırlanmasını nəzərdə tutur. Burada peşəkarlar tərəfindən məxsusi olaraq qurban şirkətlərdə quraşdırılan antivirus və mühafizə vasitələrindən yan keçmək üçün hazırlanan unikal zərərli proqramlardan istifadə olunuğuna görə belə hücumların qarşısını almaq çox çətin olur. Adətən belə hücumlarda insayderlərdən istifadə olunur.
Ərazilərindən internet hücumlarının keçirilməsinin sayına görə birinci yeri ABŞ (20,33 faiz) tutub. Sonrakı yerlərdə Çin (9,39 faiz), Hindistan (5,11 faiz), Niderland (3,52 faiz), Almaniya (3,26 faiz), Rusiya (2,6 faiz) qərarlaşıb. Onluğu Böyük Britaniya, Braziliya, Tayvan və İtaliya tamamlayır, - "IT Weekly www.it-weekly.ru" yazır.
Kiberhücumların miqyası genişlənir və daha məqsədyönlü xarakter alır
"Symantec" şirkətinin "Symantec’s Internet Security Threat Report" hesabatına əsasən, son vaxtlar kibercinayətkarların davranışında nəzərəçarpacaq dəyişikliklər baş verib. Belə ki, əvvəllər zəif qüvvə ilə çoxlu kiçik hücumlara cəhd edilirdisə, hazırda cinayətkarlar meqahücumlar üzərində aylarla çalışır və bunun nəticəsində gəlirləri xeyli artır.Şirkət mütəxəssislərinin sözlərinə görə, bir meqahücum kiçik hücumla müqayisədə 50 dəfə daha çox ziyan vurur. "Cinayətkarların getdikcə daha çox səbir nümayiş etdirməsi təəccüb doğurur, onlar istədikləri nəticəni əldə etmək üçün gözləməyə və hücuma çoxlu vaxt sərf etməyə hazırdırlar. Bu halda hücumların mürəkkəblik səviyyəsi artır", - "Symantec Security Response" bölməsinin direktoru Kevin Heyli qeyd edib. "Symantec"in məlumatına görə, 2013-cü ildə dünyada ən böyük məlumat sızmasının hər səkkizdən biri kibercinayətkarlara on milyonlarla informasiyaya (2012-ci ildə yalnız bir böyük sızma ilə bu hədd keçilib) çıxış əldə etməyə imkan verib.
2013-cü ildə informasiya sızması sayının artımı 62 faiz təşkil edib. Analitiklər qeyd edirlər ki, kiberhücumlar birbaşa zərərlə yanaşı, dolayı yolla da ziyan vururlar. Belə ki, müştərilərin hücumu dəf edə bilməyən və məlumatları oğurlanan şirkətlərə inamı itir.
Ötən il dünya miqyasında məqsədyönlü hücumların (target attacks) sayı 91 faiz artıb. Xatırladaq ki, bu aksiyalar konkret qurban şirkətin seçilməsini və cinayətkarlar tərəfindən şirkətin informasiya təhlükəsizliyi sisteminə uyğun fəaliyyət ssenarilərinin hazırlanmasını nəzərdə tutur. Burada peşəkarlar tərəfindən məxsusi olaraq qurban şirkətlərdə quraşdırılan antivirus və mühafizə vasitələrindən yan keçmək üçün hazırlanan unikal zərərli proqramlardan istifadə olunuğuna görə belə hücumların qarşısını almaq çox çətin olur. Adətən belə hücumlarda insayderlərdən istifadə olunur.
Ərazilərindən internet hücumlarının keçirilməsinin sayına görə birinci yeri ABŞ (20,33 faiz) tutub. Sonrakı yerlərdə Çin (9,39 faiz), Hindistan (5,11 faiz), Niderland (3,52 faiz), Almaniya (3,26 faiz), Rusiya (2,6 faiz) qərarlaşıb. Onluğu Böyük Britaniya, Braziliya, Tayvan və İtaliya tamamlayır, - "IT Weekly www.it-weekly.ru" yazır.
Baxış sayı: 1071
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir