12px13px15px17px
Tarix:18/07/14

24 saata 11 min kompüter virusa yoluxub

Kibercinayətkarlar tərəfindən "Pushdo” virusu vasitəsilə edilən hücum 24 saata 11 min kompüterin yoluxmasına səbəb olub. Hücumdan Böyük Britaniya, Fransa və ABŞ sistemləri ilə yanaşı, Hindistan istifadəçilərinin fərdi kompüterləri daha çox zərər çəkib. Bu barədə “Bitdefender” şirkətinin mütəxəssisləri bildirib.  

Rumıniya şirkəti mütəxəssislərinin sözlərinə görə, Böyük Britaniyada son 24 saat ərzində 77 kompüter, dünyada isə 11 min sistem yoluxdurulub. Virusdan zərər çəkən digər ölkələr sırasına Vyetnam və Türkiyə daxildir.

Yoluxmanın ümumi sayına görə siyahıda lider Asiya ölkələri – Hindistan və Vyetnamdır. Bütün yoluxmaların 10 faizi bu ölkə istifadəçilərinin kompüterlərinin payına düşür. Yoluxma hallarında ABŞ-ın payı 5 faiz təşkil edir.
“Pushdo” virusundan “ZeuS” və “SpyEye” kimi zərərli proqram təminatının ikinci dərəcəli ştammların yayılması üçün istifadə olunub. Lakin əvvəllər ondan spamın yayılması üçün istifadə edilib. Spamın göndərilməsi müdaxilə edilmiş fərdi kompüterlərdə tez-tez quraşdırılan “Cutwail” şəbəkəsi vasitəsilə həyata keçirilir.

Təhlükəsizlik üzrə mütəxəssislər “Pushdo”nun mərkəzləşdirilmiş serverləri (С&С) üzərində nəzarəti dörd dəfə ələ keçirsələr də, cinayətkarlar bu zərərli proqram təminatı ilə istifadəçilərin kompüterlərini yoluxdurmaqda davam edirlər, - “SecurityLab www.securitylab.ru” yazır.





Baxış sayı: 671

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024