12px13px15px17px
Tarix:21/07/14

2014-cü ildə “DDoS” hücumlarının sayı xeyli artıb

Dünyada internet trafikin həcmi günbəgün artır, bununla eyni zamanda kiberhücumların həcmi artır. "Arbor Networks" şirkətinin tədqiqat nəticələrinə əsasən, 2014-cü ilin birinci yarısında "DDoS" hücumların həcmi ötən ilin göstəriciləri ilə müqayisədə xeyli artıb.

"ICTnews" elektron xəbər xidməti "hi-news.ru" saytına istinadən bildirir ki, hesabata əsasən, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə saniyədə 20 Qbit sürətlə hücumların sayı iki dəfə artıb.

Bundan başqa, 2014-cü ilin birinci yarısında saniyədə 100 Qbit sürətlə 100-dən çox "DDoS" hücum qeydə alınıb.

Hesabata əsasən, qeydə alınmış ən genişmiqyaslı hücum İspaniya  şirkətinə edilib. "DDoS" hücumun sürəti təxminən saniyədə 155 Qbit təşkil edib.

"Arbor Networks" şirkətinin hesabatına əsasən, internet hücumlarının təxminən 15,1%-i Cənubi Koreya, 14,8%-i ABŞ və 6,7%-i Çinin payına düşüb.

Emil Hüseynov
 



Baxış sayı: 588

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024