Tarix:31/07/14
Şirkətin məlumatına görə, üçüncü şəxslərin cinayətkar əməlləri əsasən daha qiymətli korporativ məlumatlara yönəlib. Oğurlanmış məlumatların 99 faizi və rüb ərzindəki insidentlərin 56 faizi bu əməllərin payına düşür. Bu, digər sızma kateqoriyaları ilə müqayisədə daha çoxdur.
Səhiyyə sahəsində fəaliyyət göstərən təşkilatların bütün insidentlərdə payı 23 faiz təşkil edir ki, bu da digər sahələrdən daha yüksəkdir.
İkinci rübdə məlumatların ən çox oğurlandığı sahə pərakəndə ticarət sahəsi olub. Bu sahənin oğurlanmış və ya itirilmiş məlumatlarda payı 145 milyona bərabər təşkil edib.
Dövlət sektoru mühafizə səviyyəsinə görə pərakəndə ticarət sahəsindən sonra ikinci yeri tutub. Dövlət sektorunun oğurlanmış və ya itirilmiş məlumatlarda payı 11 faiz olub.
Hesabat dövründə maliyyə müəssisələrində məlumat sızması hallarının sayı birinci rüblə müqayisədə xeyli azalıb, oğurlanmış məlumatların sayı isə 56 faizdən 1 faizədək aşağı düşüb.
Məlumat sızması halları identifikasiya məlumatlarının oğurlanmasına daha çox səbəb olub. Belə ki, bütün insidentlərin 58 faizi bu səbəbdən baş verib və məlumatların 88 faizi oğurlanıb. Məlumatların şifrlənməsi dərc edilən 237 insidentin 10 halında istifadə olunub. Bunun yalnız iki məlumat sızması təhlükəsiz hesab edilə bilər. Çünki şifrləmə cinayətkarlar tərəfindən informasiyanın oğurlanmasının qarşısını almağa kömək edib.
Dünyada oğurlanan məlumatların 85 faizi və dərc olunan insidentlərin 74 faizi ABŞ-ın payına düşür. Bu, digər ölkələrin payından daha çoxdur. İkinci yerdə oğurlanmış məlumatlarda payı 10 faizə bərabər olan Almaniya qərarlaşıb, - "CNews www.cnews.ru" yazır.
2014-cü ildə 375 milyon istifadəçi məlumatı oğurlanıb
Məlumatların mühafizəsi üçün həllər tədarükçüsü "SafeNet" şirkəti 2014-cü ilin ikinci rübü üçün "SafeNet Breach Level Index" (BLI) indeksinin nəticələrini açıqlayıb. Hesabata əsasən, cari ilin aprel-iyununda dünyada ümumilikdə 237 məlumat sızması qeydə alınıb. Nəticədə istifadəçilərin 175 milyon fərdi və maliyyə xarakterli məlumatı oğurlanıb. 2014-cü ilin birinci yarısında dünyada 559 məlumat sızması nəticəsində 375 milyon istifadəçi məlumatı oğurlanıb və ya itirilib.Şirkətin məlumatına görə, üçüncü şəxslərin cinayətkar əməlləri əsasən daha qiymətli korporativ məlumatlara yönəlib. Oğurlanmış məlumatların 99 faizi və rüb ərzindəki insidentlərin 56 faizi bu əməllərin payına düşür. Bu, digər sızma kateqoriyaları ilə müqayisədə daha çoxdur.
Səhiyyə sahəsində fəaliyyət göstərən təşkilatların bütün insidentlərdə payı 23 faiz təşkil edir ki, bu da digər sahələrdən daha yüksəkdir.
İkinci rübdə məlumatların ən çox oğurlandığı sahə pərakəndə ticarət sahəsi olub. Bu sahənin oğurlanmış və ya itirilmiş məlumatlarda payı 145 milyona bərabər təşkil edib.
Dövlət sektoru mühafizə səviyyəsinə görə pərakəndə ticarət sahəsindən sonra ikinci yeri tutub. Dövlət sektorunun oğurlanmış və ya itirilmiş məlumatlarda payı 11 faiz olub.
Hesabat dövründə maliyyə müəssisələrində məlumat sızması hallarının sayı birinci rüblə müqayisədə xeyli azalıb, oğurlanmış məlumatların sayı isə 56 faizdən 1 faizədək aşağı düşüb.
Məlumat sızması halları identifikasiya məlumatlarının oğurlanmasına daha çox səbəb olub. Belə ki, bütün insidentlərin 58 faizi bu səbəbdən baş verib və məlumatların 88 faizi oğurlanıb. Məlumatların şifrlənməsi dərc edilən 237 insidentin 10 halında istifadə olunub. Bunun yalnız iki məlumat sızması təhlükəsiz hesab edilə bilər. Çünki şifrləmə cinayətkarlar tərəfindən informasiyanın oğurlanmasının qarşısını almağa kömək edib.
Dünyada oğurlanan məlumatların 85 faizi və dərc olunan insidentlərin 74 faizi ABŞ-ın payına düşür. Bu, digər ölkələrin payından daha çoxdur. İkinci yerdə oğurlanmış məlumatlarda payı 10 faizə bərabər olan Almaniya qərarlaşıb, - "CNews www.cnews.ru" yazır.
Baxış sayı: 635
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir