Tarix:05/08/14
“ICTnews” xəbər xidmətinin “www.it-top.ru” saytına istinadən verdiyi məlumata əsasən, bu haqda daha ətraflı məlumat avqustun 7-də kibertəhlükəsizlik üzrə mütəxəssislər və hakerlər üçün “Black Hat” illik konfransında təqdim ediləcək.
Boşluqlar “Cobham”, “Harris Corp”, “Hughes Network Systems”, “Iridium Communications” və “Japan Radio” istehsalçılarının kommunikasiya avadanlıqlarına nəzarət üçün istifadə edilən xüsusi proqram təminatının analizi nəticəsində aşkar olunub.
Belə ki, hakerlər təyyarədə açıq olan “Wi-Fi” siqnaldan və ya əyləncə proqramından qeyd edilən avadanlıqlara icazəsiz çıxış əldə edə bilər. Nəticədə o, peyk üzərindən kommunikasiyanı dayandıra bilər və ya onun tərkibini modifikasiya edə bilər, bu da uçuşun təhlükəsizlik və naviqasiya sisteminə müdaxiləyə gətirib çıxarır. Lakin mütəxəssislər bu təcrübəni laboratoriyada həyata keçiriblər və bunun real həyatda nə dərəcədə mümkün olacağı məlum deyil.
“Cobham”, “Harris”, “Hughes” və “Iridium” şirkətlərinin nümayəndələri tədqiqatın bəzi nəticələrini təsdiqləyiblər, lakin daha aşağı səviyyədə risklərin olduğunu bildiriblər.
Buna baxmayaraq, peyk rabitəsi sistemlərində boşluqlarla bağlı məlumatların bir qismi belə təsdiqlənsə, bu, bir sıra aviaşirkətlərin öz təyyarələrinin kibertəhlükəsizlik sistemlərinə yenidən nəzər salmalarına səbəb olacaq.
Aynur Vəliyeva
Təyyarələrdə hakerlər üçün boşluqlar aşkar olunub
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis sərnişin təyyarələrinin peyk rabitəsi sistemlərini daxili “Wi-Fi” şəbəkələr və əyləncə sistemləri vasitəsi ilə sındırmaq mümkün olduğunu bildirib.“ICTnews” xəbər xidmətinin “www.it-top.ru” saytına istinadən verdiyi məlumata əsasən, bu haqda daha ətraflı məlumat avqustun 7-də kibertəhlükəsizlik üzrə mütəxəssislər və hakerlər üçün “Black Hat” illik konfransında təqdim ediləcək.
Boşluqlar “Cobham”, “Harris Corp”, “Hughes Network Systems”, “Iridium Communications” və “Japan Radio” istehsalçılarının kommunikasiya avadanlıqlarına nəzarət üçün istifadə edilən xüsusi proqram təminatının analizi nəticəsində aşkar olunub.
Belə ki, hakerlər təyyarədə açıq olan “Wi-Fi” siqnaldan və ya əyləncə proqramından qeyd edilən avadanlıqlara icazəsiz çıxış əldə edə bilər. Nəticədə o, peyk üzərindən kommunikasiyanı dayandıra bilər və ya onun tərkibini modifikasiya edə bilər, bu da uçuşun təhlükəsizlik və naviqasiya sisteminə müdaxiləyə gətirib çıxarır. Lakin mütəxəssislər bu təcrübəni laboratoriyada həyata keçiriblər və bunun real həyatda nə dərəcədə mümkün olacağı məlum deyil.
“Cobham”, “Harris”, “Hughes” və “Iridium” şirkətlərinin nümayəndələri tədqiqatın bəzi nəticələrini təsdiqləyiblər, lakin daha aşağı səviyyədə risklərin olduğunu bildiriblər.
Buna baxmayaraq, peyk rabitəsi sistemlərində boşluqlarla bağlı məlumatların bir qismi belə təsdiqlənsə, bu, bir sıra aviaşirkətlərin öz təyyarələrinin kibertəhlükəsizlik sistemlərinə yenidən nəzər salmalarına səbəb olacaq.
Aynur Vəliyeva
Baxış sayı: 835
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir