Tarix:09/08/14
“ICTnews” xəbər xidmətinin “www.cnews.ru” saytına istinadən verdiyi məlumata əsasən, mütəxəssislərin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, yeni “Jeep Cherokee”, “Cadillac Escalade” və “Infiniti Q50” haker hücumuna ən davamsız avtomobil modelləridir.
Bununla yanaşı, mütəxəssislər kibertəhlükəsiz avtomobilləri də müəyyən ediblər. Bunlar “Dodge Viper”, “Honda Accord” və “Audi A8” modelləridir.
Las-Veqasda keçirilən “Black Hat 2014” konfransında təqdim edilən 92 səhifəlik məruzədə mütəxəssislər nəqliyyat vasitələrinin texniki sənədlərini və elektrik avadanlıqlarını oxuyaraq avtomobil şəbəkələrinin işini təhlil ediblər.
Məruzədə bildirilib ki, çoxsaylı simsiz kommunikasiyalarla təchiz edilmiş “Jeep Cherokee 2014” bədəməllər tərəfindən nəzarətə alınmaq üçün açıqdır. Belə ki, “Jeep Cherokee”nin ən zəif bəndi açarsız çıxış sistemi, “Bluetooth”-bağlantı, maşında yaradılmış “Wi-Fi” və mobil rabitə şəbəkələri, avtomobilin təkər qurşağında təzyiqin simsiz monitorinq qurğuları və elektron köməkçilərdir.
“Infiniti Q50 2014”-də telematik və radiokomponentlər mühərrik və tormozla bir şəbəkə ilə bağlanılıb və bu şəbəkəyə eyni zamanda kruiz nəzarət və s. kompüterləşdirilmiş sistemlər qoşulub.
Mütəxəssislərin hesabatı ABŞ-ın Nəqliyyat Nazirliyinə və avtomobil mühəndisləri cəmiyyətinə göndərilib. Bunun səbəbi brendləri şübhə altına almaq yox, şirkətlərin diqqətini informasiya təhlükəsizliyi məsələlərinə cəlb etmək olub.
Aynur Vəliyeva
Haker hücumundan ən zəif müdafiəyə malik olan avtomobillər siyahısı müəyyən edilib
“Auto.CNews”un informasiya təhlükəsizliyi üzrə mütəxəssisləri Charlie Miller və Chris Valasek nəzəriyyə nöqteyi-nəzərindən ən zəif avtomobil modellərinin siyahısnı tərtib ediblər.“ICTnews” xəbər xidmətinin “www.cnews.ru” saytına istinadən verdiyi məlumata əsasən, mütəxəssislərin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, yeni “Jeep Cherokee”, “Cadillac Escalade” və “Infiniti Q50” haker hücumuna ən davamsız avtomobil modelləridir.
Bununla yanaşı, mütəxəssislər kibertəhlükəsiz avtomobilləri də müəyyən ediblər. Bunlar “Dodge Viper”, “Honda Accord” və “Audi A8” modelləridir.
Las-Veqasda keçirilən “Black Hat 2014” konfransında təqdim edilən 92 səhifəlik məruzədə mütəxəssislər nəqliyyat vasitələrinin texniki sənədlərini və elektrik avadanlıqlarını oxuyaraq avtomobil şəbəkələrinin işini təhlil ediblər.
Məruzədə bildirilib ki, çoxsaylı simsiz kommunikasiyalarla təchiz edilmiş “Jeep Cherokee 2014” bədəməllər tərəfindən nəzarətə alınmaq üçün açıqdır. Belə ki, “Jeep Cherokee”nin ən zəif bəndi açarsız çıxış sistemi, “Bluetooth”-bağlantı, maşında yaradılmış “Wi-Fi” və mobil rabitə şəbəkələri, avtomobilin təkər qurşağında təzyiqin simsiz monitorinq qurğuları və elektron köməkçilərdir.
“Infiniti Q50 2014”-də telematik və radiokomponentlər mühərrik və tormozla bir şəbəkə ilə bağlanılıb və bu şəbəkəyə eyni zamanda kruiz nəzarət və s. kompüterləşdirilmiş sistemlər qoşulub.
Mütəxəssislərin hesabatı ABŞ-ın Nəqliyyat Nazirliyinə və avtomobil mühəndisləri cəmiyyətinə göndərilib. Bunun səbəbi brendləri şübhə altına almaq yox, şirkətlərin diqqətini informasiya təhlükəsizliyi məsələlərinə cəlb etmək olub.
Aynur Vəliyeva
Baxış sayı: 610
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir