Tarix:15/08/14
“ICTnews” elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, tədqiqat zamanı alimlər müəyyən ediblər ki, jiroskop yalnız smartfonun məkanda vəziyyətini deyil, həmçinin qurğunun ətrafında havanın cuzi dəyişikliyini qeydə ala bilər. Bu xüsusiyyət jiroskopa smartfondan yaxın məsafədə səsləndirilmiş səsləri kifayət qədər yüksək dəqiqliklə “tanımağa” imkan verir.
Tədqiqatçıların keçirdiyi sınaqda smartfon yaxınlığında 0-dan 10-dək rəqəmlər səsləndirilib. Nəticədə jiroskop səsləndirilmiş sözlərin 65 faizini aydın şəkildə müəyyən edib.
Jiroskopun bu gizli imkanı informasiya təhlükəsizliyinə ciddi təhlükədir. Çünki istifadəçilər hər hansı şübhəli tətbiqin fotokamera, “GPS” modulu və ya mikrofona müdaxiləsinə qadağa qoya bilər, amma jiroskopa yox.
Tədqiqatın ətraflı nəticələri və digər texniki aspektlər gələn həftə “Usenix” təhlükəsizlik konfransında təqdim ediləcək.
Emil Hüseynov
Smartfonlara gizlicə qulaq asmaq olacaq
Stenford Universitetinin tədqiqatçıları İsralin hərbi texnologiyalar sahəsində hazırlamalarla məşğul olan “Rafael” şirkətinin nümayəndələri ilə birgə müəyyənləşdiriblər ki, qurğuların məkanda vəziyyətinin təyini üçün müasir smartfonların əksəriyyətinə quraşdırılmış jiroskoplar vasitəsi ilə smartfonlara gizlicə qulaq asmaq mümkün olacaq.“ICTnews” elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, tədqiqat zamanı alimlər müəyyən ediblər ki, jiroskop yalnız smartfonun məkanda vəziyyətini deyil, həmçinin qurğunun ətrafında havanın cuzi dəyişikliyini qeydə ala bilər. Bu xüsusiyyət jiroskopa smartfondan yaxın məsafədə səsləndirilmiş səsləri kifayət qədər yüksək dəqiqliklə “tanımağa” imkan verir.
Tədqiqatçıların keçirdiyi sınaqda smartfon yaxınlığında 0-dan 10-dək rəqəmlər səsləndirilib. Nəticədə jiroskop səsləndirilmiş sözlərin 65 faizini aydın şəkildə müəyyən edib.
Jiroskopun bu gizli imkanı informasiya təhlükəsizliyinə ciddi təhlükədir. Çünki istifadəçilər hər hansı şübhəli tətbiqin fotokamera, “GPS” modulu və ya mikrofona müdaxiləsinə qadağa qoya bilər, amma jiroskopa yox.
Tədqiqatın ətraflı nəticələri və digər texniki aspektlər gələn həftə “Usenix” təhlükəsizlik konfransında təqdim ediləcək.
Emil Hüseynov
Baxış sayı: 1190
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir