12px13px15px17px
Tarix:18/08/14

Yeni təhlükəli virus yayılıb

“ESET” şirkətinin ekspertləri “Android” üçün Rusiyadan gələn yeni təhlükə aşkar ediblər. Belə ki,  “Spy.Krysanec” bekdoru Rusiyanın sosial şəbəkələri və fayl mübadilə meydançaları üzərindən yayılır və özünü “ESET” proqram təminatı kimi qələmə verir.
 
“ICTnews” xəbər xidmətinin “www.astera.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Android/Spy.Krysanec” virusa yoluxmuş qurğudan fərdi məlumatların toplanması üzrə   ixtisaslaşır. O, məsafədən idarəedici server ilə işləyə, həmçinin digər modulları yükləyə bilər.
 
Yeni təhdid legitim proqramlar kimi yayılır.
 
“Spy.Krysanec” virusu yoluxduqdan sonra serverdən qurğunun kamerası ilə çəkiliş, qurğunun mikrofonundan səsin yazılması, cari “GPS” koordinatların müəyyən edilməsi, tətbiq edilmiş əlavə proqramların siyahısının, brauzerdə açılmış səhifələrin siyahısının   əldə edilməsinə müvəffəq olur, əlaqələr siyahısına və  SMS-məlumatlara çıxış imkanı əldə edir.
 
“Spy.Krysanec”in bəzi nümunələri domeni “no-ip.com” provayderinə məxsus olan,  məsafəli serverə çıxışdan istifadə edirlər.

Aynur Vəliyeva



Baxış sayı: 1063

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024