12px13px15px17px
Tarix:18/08/14

Hakerlər “Youtube” vasitəsi ilə kompüterlərə “casus” proqramları quraşdırıblar

Hakerlər istifadəçinin kompüterinə “casus” proqramları quraşdırmaq üçün “YouTube” və “Microsoft Live” xidmətlərinin trafikini dəyişdirməyi öyrəniblər.
 
“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Citizen Lab” laboratoriyası zərərli proqramın yayılmasının yeni üsulu haqqında hesabat dərc edib.
 
Tədqiqatçılar hesab edirlər ki, Mərakeş və BƏƏ hökumətlərinin sifarişi üzrə “Hacking Team” şirkəti “casus” proqramının yayılması ilə məşğul olub. Laboratoriyanın mütəxəssisləri bildiriblər ki, həmçinin ABŞ, Böyük Britaniya, Rusiya, Çin və İsrail belə izləmə aparan təşkilatlara malikdir.
 
Trafikin dəyişdirilməsinin qarşısını almağın yeganə üsulu “HTTPS” mühafizə protokolundan istifadə etməkdir. Bu protokol server və istifadəçi kompüteri arasındakı məlumatları tamamilə şifrələyir.
 
Qeyd edək ki, “YouTube” əvvəlki kimi şifrələmədən istifadə etmir.
 
Emil Hüseynov



Baxış sayı: 724

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024