12px13px15px17px
Tarix:21/08/14

“Intermedia”: “İşdən azad olunan əməkdaşlar təhlükəsizlik üçün ən böyük təhlükədir”

Böyük Britaniyanın “Intermedia” şirkətinin sifarişi ilə “Osterman Research” agentliyinin ABŞ və Kanadada keçirdiyi sorğudan məlum olub ki, kiçik və orta biznesin işdən azad olunan əməkdaşlarının 89 faizi “Salesforce.com”, “PayPal”, “SharePoint”, “Facebook”, “Google Apps” kimi korporativ internet əlavələrinə, hətta elektron poçta çıxış imkanını özündə saxlayır.

Rəyi soruşulan 45 faizin fikrincə, bu, onlara şirkətin işi haqqında məxfi informasiyanı əldə etməyə imkan verir, respondentlərin 24 faizi bunun həm də “PayPal” hesablarının köməyi ilə maliyyə fırıldaqçılığına yol açmasının mümkünlüyünü qeyd edir. Daha 45 faiz bildirib ki, işdən uzaqlaşdırıldıqdan sonra bəzən korporativ uçot qeydlərindən istifadə edib, 68 faizi iş fayllarını korporativ İT xidmətinin nəzarətində kənar şəxsi “bulud” saxlancına köçürüb.  
 
“Intermedia” mütəxəssislərinin sözlərinə görə, bəzən kiçik şirkətlərdə çalışanlar hesab edirlər ki, informasiya təhlükəsizliyi yalnız iri şirkətlər üçün əhəmiyyət kəsb edir. Sorğunun nəticələri onlara həm potensial alıcılar və maliyyə informasiyası haqqında məlumat bazasının mühafizəsinin, həm də ictimai reputasiyanın zəruriliyini anlamağa kömək edəcək, - “Computerworld” www.osp.ru yazır.



Baxış sayı: 1007

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Dekabr 2024

25 12 2024