12px13px15px17px
Tarix:22/08/14

ABŞ HDQ kibertəhlükəsizliyə 2,5 milyard dollar xərcləyəcək

ABŞ Müdafiə Nazirliyi "BAE Systems", "General Dynamics", "Global Technical Systems", "Northrop Grumman" və "Serco" şirkətləri ilə Hərbi Dəniz Qüvvələrinin (HDQ) kompüter şəbəkələrinin və hesablama avadanlıqlarının modernləşdirilməsinə dair saziş imzalayıb. Nazirliyin məlumatına görə, səkkiz illik müddətə nəzərdə tutulan sazişin dəyəri 2,5 milyard dollar qiymətləndirilir.
 
Kompüterlərin modernləşdirilməsi ABŞ HDQ-nin gəmilərində yerləşən hesablama sistemlərini vahid şəbəkədə birləşdirəcək "CANES" (Consolidated Afloat Networks and Enterprise Services) proqramı çərçivəsində aparılır. Proqramın həyata keçirilməsi taktiki, yardımçı və inzibati məqsədlər üçün operativ informasiya mübadiləsinə imkan verəcək və HDQ-nin kompüterlərinin kənar təhlükələrdən mühafizə səviyyəsini artıracaq.
 
Vəsaitlərin podratçılar arasında bölüşdürülməsi barədə məlumat verilmir. Proqram iştirakçılarına vəsaitlər fərdi sifarişlərin rəsmiləşdirilməsi əsasında köçürüləcək.
 
"Northrop Grumman" şirkətinin pres-relizində qeyd olunur ki, şirkət "CANES" proqramının hazırlanmasında 2012-ci ildən iştirak edir və açıq sistemlərin həm modul arxitekturasına, həm də ümumi proqram təminatına əsaslanır, - "Lenta" www.lenta.ru yazır.



Baxış sayı: 1469

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024