Tarix:29/08/14
Hücuma məruz qalan müəssisələrin sayı açıqlanmasa da, məlumdur ki, zərərçəkmiş şirkətlər arasında Norveçin nəhəng "Statoil" neft şirkəti də var. Bu məlumatı şirkət nümayəndələri təsdiq edib.
"Statoil" nümayəndələri qeyd edirlər ki, mümkün müdaxilə barədə xəbərdarlıq səlahiyyətinə kompüter insidentlərinin araşdırılması, eləcə də milli "CERT" bölməsinin idarəetməsi daxil olan Norveç Milli Təhlükəsizlik Agentliyindən (National Security Authority, NSA) alınıb.
"NSA"-nın xəbərdarlığında deyilir ki, enerji sektorunun müəssisələri kənar müdaxilələrdən ehtiyat etməlidir. Həmçinin bildirilir ki, hüquq-mühafizə orqanları hücumun kim tərəfindən həyata keçirilməsi ilə bağlı informasiyaya malikdir, lakin hazırda araşdırma aparıldığından ətraflı məlumatın verilməsinə lüzum görülmür.
Bundan başqa, cinayətkarların məqsədi naməlum olsa da, əksər müstəqil ekspertlər əmindirlər ki, hakerlər müştərilər və şirkətlərin əqli mülkiyyət haqqında məlumatlarını axtarıb, - "SecurityLab.www.securitylab.ru" yazır.
Norveçin 50 neft şirkəti haker hücumuna məruz qalıb
Norveçin 50 neft və enerji şirkəti haker hücumuna məruz qalıb. Hücum həyata keçirilməmişdən əvvəl 250 təşkilat müdaxilə təhlükəsi barədə xəbərdar edilərək onların İT şöbələrinə müvafiq yoxlamaların aparılması üçün tövsiyələr göndərilib.Hücuma məruz qalan müəssisələrin sayı açıqlanmasa da, məlumdur ki, zərərçəkmiş şirkətlər arasında Norveçin nəhəng "Statoil" neft şirkəti də var. Bu məlumatı şirkət nümayəndələri təsdiq edib.
"Statoil" nümayəndələri qeyd edirlər ki, mümkün müdaxilə barədə xəbərdarlıq səlahiyyətinə kompüter insidentlərinin araşdırılması, eləcə də milli "CERT" bölməsinin idarəetməsi daxil olan Norveç Milli Təhlükəsizlik Agentliyindən (National Security Authority, NSA) alınıb.
"NSA"-nın xəbərdarlığında deyilir ki, enerji sektorunun müəssisələri kənar müdaxilələrdən ehtiyat etməlidir. Həmçinin bildirilir ki, hüquq-mühafizə orqanları hücumun kim tərəfindən həyata keçirilməsi ilə bağlı informasiyaya malikdir, lakin hazırda araşdırma aparıldığından ətraflı məlumatın verilməsinə lüzum görülmür.
Bundan başqa, cinayətkarların məqsədi naməlum olsa da, əksər müstəqil ekspertlər əmindirlər ki, hakerlər müştərilər və şirkətlərin əqli mülkiyyət haqqında məlumatlarını axtarıb, - "SecurityLab.www.securitylab.ru" yazır.
Baxış sayı: 662
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir