Tarix:30/08/14
Belə ki, populyar sosial şəbəkələrdən birinin “fishing” səhifəsinin yaradılması və saxta saytı bildirən “spam” məktubun göndərilməsi hazırda fırıldaqçılara orta hesabla 150 dollara başa gəlir. Lakin hücuma 100 nəfər məruz qalsa, cinayətkarlar istifadəçilərin məxfi məlumatlarını satmaqla 10 min dollaradək qazanc əldə edə bilərlər.
Zərərli mobil “Trojan” proqramı isə bir qədər bahadır. Bu proqrama görə min dollar ödəmək lazımdır. Bununla yanaşı, fırıldaqçılar yüz potensial qurbandan 20 min dollar əldə edə bilərlər. Şifrləyici proqramlarla da bu məbləği qazanmaq olar, lakin buna görə ilkin xərclər iki dəfə çox – təxminən 2 min dollar olacaq.
Bank “Trojan” proqramının alınmasına 3 min dollar xərcləyən kibercinayətkarlar 71 min dollar əldə etmək imkanına malikdirlər. Bu halda bir zərərçəkmiş istifadəçinin orta itkisi 722 dollar təşkil edəcək.
“Kasperski laboratoriyası” ekspertləri onu da qeyd edirlər ki, zərərli proqramları hazırda almaq çox asandır: kibercinayətkarları müxtəlif haker forumlarında tapmaq problem deyil və bu işin ucuz qiymətə görülməsi onlara geniş imkanlar açır. Bundan əlavə, bu yolu seçən kibercinayətkarların hətta qeyri-qanuni biznesdə peşəkar olmasına da ehtiyac qalmır. Müəyyən edilmiş qiymətə onlar hücumlar üçün hazır proqram paketləri alırlar, - "Computerworld” yazır.
“Kasperski laboratoriyası”: “Kibercinayətkarların gəlirləri onların hücumların təşkilinə xərclərini 20 dəfə üstələyə bilər”
“Kasperski laboratoriyası” şirkətinin ekspertləri yayılmış haker alətlərinin dəyərini və cinayətkarların uğurlu əməliyyat nəticəsində əldə etdikləri gəliri müqayisə ediblər.Belə ki, populyar sosial şəbəkələrdən birinin “fishing” səhifəsinin yaradılması və saxta saytı bildirən “spam” məktubun göndərilməsi hazırda fırıldaqçılara orta hesabla 150 dollara başa gəlir. Lakin hücuma 100 nəfər məruz qalsa, cinayətkarlar istifadəçilərin məxfi məlumatlarını satmaqla 10 min dollaradək qazanc əldə edə bilərlər.
Zərərli mobil “Trojan” proqramı isə bir qədər bahadır. Bu proqrama görə min dollar ödəmək lazımdır. Bununla yanaşı, fırıldaqçılar yüz potensial qurbandan 20 min dollar əldə edə bilərlər. Şifrləyici proqramlarla da bu məbləği qazanmaq olar, lakin buna görə ilkin xərclər iki dəfə çox – təxminən 2 min dollar olacaq.
Bank “Trojan” proqramının alınmasına 3 min dollar xərcləyən kibercinayətkarlar 71 min dollar əldə etmək imkanına malikdirlər. Bu halda bir zərərçəkmiş istifadəçinin orta itkisi 722 dollar təşkil edəcək.
“Kasperski laboratoriyası” ekspertləri onu da qeyd edirlər ki, zərərli proqramları hazırda almaq çox asandır: kibercinayətkarları müxtəlif haker forumlarında tapmaq problem deyil və bu işin ucuz qiymətə görülməsi onlara geniş imkanlar açır. Bundan əlavə, bu yolu seçən kibercinayətkarların hətta qeyri-qanuni biznesdə peşəkar olmasına da ehtiyac qalmır. Müəyyən edilmiş qiymətə onlar hücumlar üçün hazır proqram paketləri alırlar, - "Computerworld” yazır.
Baxış sayı: 1621
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir