12px13px15px17px
Tarix:02/09/14

NATO alyans üzvlərinə kiberhücumu adi hücum kimi qiymətləndirəcək

Bu həftə ABŞ Prezidenti Barak Obamanın NATO-ya üzv 28 ölkənin liderləri ilə görüşü planlaşdırılır. Görüş zamanı alyansın müdafiə taktikasına ciddi dəyişikliklər edəcək sənədin ratifikasiya olunacağı gözlənilir. Bu barədə "The New York Times" nəşri məlumat verib.
 
NATO tarixində ilk dəfə olaraq alyansa daxil olan dövlətə qarşı həyata keçirilən kiberhücum bütün iştirakçı ölkələrə yerüstü müdaxilə və ya havadan bombardmana oxşar hücum kimi qiymətləndiriləcək.  
 
Bununla belə, NATO rəsmiləri bu sahədə lazımi bilik və bacarıqların olmamasını qeyd edirlər. Yeni müasir kompüter təhlükəsizliyi mərkəzinin fəaliyyət göstərməsinə və daimi təlimlərin keçirilməsinə baxmayaraq alyans kibersilahla yanaşı, onun tətbiqi üzrə strategiyaya da malik deyil. NATO kiberməkanda cavab zərbələrə səbəb olmayacaq və iştirakçı ölkələri kibermüharibəyə cəlb etməyəcək silahın tətbiqi üzrə strategiyanı hələ ki hazırlamayıb. 
 
Qeyd etmək lazımdır ki, ABŞ və Böyük Britaniya məxfi hücum proqramlarının inkişafına milyonlarla vəsait yatırsa da, indiyədək NATO-ya hansı kibersilah təqdim edəcəkləri barədə məlumat verməyiblər.
 
ABŞ-da dövlət şəbəkələrinə və əhəmiyyətli infrastruktur obyektlərinə haker hücumlarının qarşısının alınması ilə məşğul olan xüsusi "USCybercom" şöbəsi 2009-cu ildə yaradılıb və Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Şöbəyə ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) direktoru Maykl Rocers rəhbərlik edir.  
 
Cari ilin yanvarında ABŞ-ın kiberkomandanlığın ehtiyacları üçün 447 milyon dollar ayırmaq niyyətində olması məlum olub. Bu, 2013-cü ildə bu məqsədlər üçün sərf olunan 191 milyon dollardan 2,3 dəfə çoxdur. Xərclərin artması şöbə əməkdaşlarının sayının artırılması ilə əlaqələndirilir, - "SecurityLab www.securitylab.ru" yazır.



Baxış sayı: 1236

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Dekabr 2024

26 12 2024