Tarix:05/09/14
Hesabatda qeyd olunur ki, 2012-2013-ci illərdə Çində kibercinayətkarlığın fəallığı 2-3 dəfə artıb. “Trend Micro”nun kibertəhlükəsizlik üzrə direktoru Tom Kellermanın sözlərinə görə, Çin hakerlərinin qurbanı təkcə digər ölkələrin istifadəçiləri deyil, həm də ölkənin maliyyə elitasının nümayəndələri olur.
Çin hakerləri əsasən mobil qurğular və servislərə hücum edir və onların qurbanları arasında “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu sahibləri üstünlük təşkil edir. Bundan başqa, kibercinayətkarlar arasında ucuz xidmət olan (5 min mətnli məlumat üçün 50 dollar və ya 100 min SMS üçün 460 dollar) SMS “spam”ın göndərilməsi xüsusilə populyardır.
Çin hakerləri tərəfindən istifadəçilərin arzuolunmaz ödənişli servislərə abunə üçün göstərilən xidmətin illik haqqı 2,5-36 min dollar təşkil edir. Həmçinin cinayətkarlar yaxınlıqdakı telefonları stansiyalardan ayıraraq onların nəzarətində olan SMS serverlərə birləşdirən proqram təminatının 7,4 min dollara satılması ilə məşğul olurlar, - “SecurityLab” www.securitylab.ru yazır.
2013-cü ildə Çində kibercinayətkarlığın səviyyəsi iki dəfə artıb
“Trend Micro” şirkətinin “The Chinese Underground in 2013” hesabatına əsasən, Çində siyasi casusluqla yanaşı, ölkə hökumətindən asılı olmayan kibercinayətkarlıq dünyası təşəkkül tapmaqdadır.Hesabatda qeyd olunur ki, 2012-2013-ci illərdə Çində kibercinayətkarlığın fəallığı 2-3 dəfə artıb. “Trend Micro”nun kibertəhlükəsizlik üzrə direktoru Tom Kellermanın sözlərinə görə, Çin hakerlərinin qurbanı təkcə digər ölkələrin istifadəçiləri deyil, həm də ölkənin maliyyə elitasının nümayəndələri olur.
Çin hakerləri əsasən mobil qurğular və servislərə hücum edir və onların qurbanları arasında “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu sahibləri üstünlük təşkil edir. Bundan başqa, kibercinayətkarlar arasında ucuz xidmət olan (5 min mətnli məlumat üçün 50 dollar və ya 100 min SMS üçün 460 dollar) SMS “spam”ın göndərilməsi xüsusilə populyardır.
Çin hakerləri tərəfindən istifadəçilərin arzuolunmaz ödənişli servislərə abunə üçün göstərilən xidmətin illik haqqı 2,5-36 min dollar təşkil edir. Həmçinin cinayətkarlar yaxınlıqdakı telefonları stansiyalardan ayıraraq onların nəzarətində olan SMS serverlərə birləşdirən proqram təminatının 7,4 min dollara satılması ilə məşğul olurlar, - “SecurityLab” www.securitylab.ru yazır.
Baxış sayı: 1194
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir