12px13px15px17px
Tarix:08/09/14

“Apple”ın direktoru “iCloud” istifadəçilərinin məlumatının daha yaxşı mühafizəsinə söz verib

"Apple"ın baş direktoru Tim Kuk deyib ki, şirkət "iCloud"  istifadəçilərinin məlumatının mühafizəsi üçün əlavə tədbir görəcək.

Eyni zamanda o, "The Wall Street Journal" nəşrinə müsahibəsində deyib ki, bu yaxınlarda hakerlərin bu xidmətin hesablarına müdaxiləsi "Apple"ın təhlükəsizlik məsələlərinə diqqətsizliyi ilə bağlı deyil.
 
Kuk bildirib ki, hakerlər ulduzların açıq-saçıq fotolarına ya parolun dəyişilməsi zamanı verilən suallara düzgün cavab verməklə, ya da fişinqin köməyi ilə giriş əldə ediblər. O bildirib ki, şirkətin serverinə müdaxilə olmayıb.
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, gələcəkdə belə halların qarşısını almaq üçün Tim Kuk söz verib ki, tezliklə kimsə istifadəçilərin parolunu dəyişdirmək istədikdə onların mobil qurğusuna bu haqda bildiriş göndəriləcək. Bu yenilik yaxın iki həftə ərzində tətbiq ediləcək.
 
"Biz müştərilərimizin məlumatını mühafizə etmək üçün əlimizdən gələni etməyə hazırıq" – Kuk söyləyib.
 
Xatırladaq ki, məşhurların hesablarına kütləvi müdaxilə 31 avqust tarixində qeydə alınıb. Haker hücumunun "qurban"ları arasında Cennifer Lourens, Cenni MakKarti, Rianna, Keyt Apton, Meri Uinsted və Kirsten Danst kimi ulduzlar var.
 
Emil Hüseynov
 



Baxış sayı: 807

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024