Tarix:08/09/14
“McAfee Labs” şirkətlərin əməkdaşlarına saxta məktubları təhlükəsiz məktublardan ayırmaq qabiliyyəti üzrə sınaqdan keçməyi təklif edib. Rəyi öyrənilmiş 16 min istifadəçinin 80%-i ən azı bir fişinq məktubunu belə “tanımayıb”. Şirkətlərin maliyyə və kadr bölmələrinin nümayəndələri saxta məktubların axtarışları üzrə ən pis nəticə göstərib.
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, fişinq internet fırıldaqçılığın bir növüdür. Kibercinayətkarlar məşhur brendlərin adından elektron məktublara kütləvi göndərmələr yolu ilə istifadəçilərin məxfi məlumatlarına müdaxilə etməyə çalışırlar. Məktubda çox vaxt görünüşcə əslindən fərqlənməyən sayta birbaşa istinad, ya da yönləndirmə edilir.
“McAfee Labs” ekspertləri ən çox ABŞ-da fişinq istinadları aşkar ediblər. Saxta məktubların sayının artmasından başqa, fırıldaqçılıq hücumlarının mürəkkəbliyi yüksəlir.
Rəyi soruşulmuş istifadəçilərin 80%-nin fişinq tərkibli məktubları əsl məktublardan ayıra bilməməsi çox yüksək göstəricidir, çünki bütün korporativ şəbəkənin zərərə məruz qalması üçün yalnız bir uğurlu zərərli hücum kifayətdir – “McAfee Labs” şirkətinin tədqiqat materialında qeyd olunub.
İnformasiya təhlükəsizliyi sahəsində çalışan mütəxəssislərin qiymətləndirməsinə görə, 2014-cü ilin ikinci rübündə yeni tip zərərli proqramların sayı illik hesablama üzrə 1% artıb. Eyni zamanda virus təhlükələrinin təxminən 31 milyon yeni nümunəsi qeydə alınıb ki, bu da bir rüb ərzində rekord göstəricidir. İkinci rübdə mobil platformalar üçün zərərli proqram təminatının ümumi sayı 17% artıb.
Emil Hüseynov
Şirkət əməkdaşlarının 80%-i saxta məktubları “tanımır”
“McAfee Labs” antivirus proqram təminatının istehsalçısı virus təhlükələri ilə bağlı hesabatını açıqlayıb. Tədqiqatın nəticələrinə görə, ekspertlərin gəldiyi nəticəyə əsasən, fişinq korporativ şəbəkələrə nüfuzetmə üçün effektiv alət kimi qalmağa davam edir.“McAfee Labs” şirkətlərin əməkdaşlarına saxta məktubları təhlükəsiz məktublardan ayırmaq qabiliyyəti üzrə sınaqdan keçməyi təklif edib. Rəyi öyrənilmiş 16 min istifadəçinin 80%-i ən azı bir fişinq məktubunu belə “tanımayıb”. Şirkətlərin maliyyə və kadr bölmələrinin nümayəndələri saxta məktubların axtarışları üzrə ən pis nəticə göstərib.
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, fişinq internet fırıldaqçılığın bir növüdür. Kibercinayətkarlar məşhur brendlərin adından elektron məktublara kütləvi göndərmələr yolu ilə istifadəçilərin məxfi məlumatlarına müdaxilə etməyə çalışırlar. Məktubda çox vaxt görünüşcə əslindən fərqlənməyən sayta birbaşa istinad, ya da yönləndirmə edilir.
“McAfee Labs” ekspertləri ən çox ABŞ-da fişinq istinadları aşkar ediblər. Saxta məktubların sayının artmasından başqa, fırıldaqçılıq hücumlarının mürəkkəbliyi yüksəlir.
Rəyi soruşulmuş istifadəçilərin 80%-nin fişinq tərkibli məktubları əsl məktublardan ayıra bilməməsi çox yüksək göstəricidir, çünki bütün korporativ şəbəkənin zərərə məruz qalması üçün yalnız bir uğurlu zərərli hücum kifayətdir – “McAfee Labs” şirkətinin tədqiqat materialında qeyd olunub.
İnformasiya təhlükəsizliyi sahəsində çalışan mütəxəssislərin qiymətləndirməsinə görə, 2014-cü ilin ikinci rübündə yeni tip zərərli proqramların sayı illik hesablama üzrə 1% artıb. Eyni zamanda virus təhlükələrinin təxminən 31 milyon yeni nümunəsi qeydə alınıb ki, bu da bir rüb ərzində rekord göstəricidir. İkinci rübdə mobil platformalar üçün zərərli proqram təminatının ümumi sayı 17% artıb.
Emil Hüseynov
Baxış sayı: 864
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir