12px13px15px17px
Tarix:11/09/14

Elektron Təhlükəsizlik Mərkəzi xəbərdarlıq edir: “E-poçt hesablarınız təhlükə altındadır”

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Elektron Təhlükəsizlik Mərkəzi (ETM) Azərbaycan cəmiyyətinə qarşılaşa biləcəyi təhlükə ilə bağlı növbəti xəbərdarlığını elan edib. ETM-in ekspertləri bildirir ki, Azərbaycan əhalisi tərəfindən də geniş şəkildə istifadə olunan “mail.ru” internet ünvanlarının istifadəçiləri təhlükə ilə qarşı-qarşıyadır.
 
 “ICTnews" elektron xəbər xidməti sözügedən mərkəzin rəsmi internet səhifəsinə istinadən bildirir ki, Rusiyanın ən böyük e-poçt xidməti "mail.ru"nun 4.6 milyon (4 664 478) istifadəçisinin istifadəçi adı və hesab şifrləri internetdə yayılıb. Bu şifrlərin 95%-nin aktiv olmayan istifadəçi hesablarına aid olduğu bildirilir. Şirkət tərəfindən verilən açıqlamada isə qeyd olunur ki, hakerlər tərəfindən internetə sızdırılan bu şifrlər fərqli zamanlarda onlar tərəfindən ələ keçirilib. Oğurlanan hesabların 5%-i isə şübhə altındadır və şirkət bir gün içində bu hesablara xəbərdarlıq mesajı göndərəcəyini bildirib.
 
 
Həmçinin qısa müddət öncə 1 milyona yaxın “Yandex” istifadəçilərinə aid hesab şifrləri də internetdə yayımlanıb.
 
 
Eyni zamanda 5 milyona yaxın (4 929 090)  “Gmail” və digər “Google” xidmətləri istifadəçilərinin hesablarının da təhlükə altında olduğu qeyd edilir. Məlumat bazasının aktuallığı tam təsdiq olunmayıb. Ancaq  qeyd olunan 60% e-poçt hesabının aktiv olduğu bildirilir. “Google”-dan verilən məlumata görə, məsələ hazırda araşdırılır.
 
 
Elektron Təhlükəsizlik Mərkəzi isə öz növbəsində, e-poçt hesablarınızın şifrlərini tez bir zamanda dəyişməyinizi və kompüterlərinizdə olan antivirus proqramını işə salmanızı tövsiyə edir.
 
SEYMUR



Baxış sayı: 942

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024