12px13px15px17px
Tarix:16/09/14

İnternet şirkətinə dövlət orqanları tərəfindən müraciətlərin sayı artıb

“Google” internet şirkətinə beş il ərzində dünyada dövlət orqanları tərəfindən istifadəçi məlumatlarının açıqlanması üçün edilən sorğuların sayı 150 faiz artıb. Bu barədə “Google”un rəsmi bloqunda deyilir.
 
2014-cü ilin birinci yarısında qlobal qeydiyyat məlumatları, IP ünvanlar, elektron poçt ünvanı və istifadəçilər barədə digər informasiya üçün sorğuların sayında 15 faiz artım qeydə alınıb. 150 faizlik artım 2009-cu ildə dərc edilən ilk “Google Transparency Report” hesabatından sonra müşahidə olunub.
 
ABŞ-da hesabat dövründə şirkətə edilən dövlət sorğularının sayı müvafiq olaraq 19 və 250 faiz yüksəlib. ABŞ hakimiyyəti “Google”a istifadəçi məlumatları üçün etdiyi müraciətlərin sayına görə digər ölkələrin dövlət orqanları ilə müqayisədə daha fəaldır. Belə ki, 2014-cü ilin yanvar-iyununda ABŞ hökumətindən 12,5 min müraciət daxil olub.
 
Ümumilikdə 2014-cü ilin ilk altı ayında “Google” dövlət orqanlarından istifadəçi məlumatları üçün 31,7 min sorğu alıb. Bu sorğuların 65 faizi tələb olunan məlumatları qismən və ya tam ödəyib. Sorğu sayı çox olan ölkələr arasında Almaniya (3,3 min), Fransa (3 min) və Hindistan (2,8 min) yer alıb. Hesabat dövründə doqquz ölkə, o cümlədən Misir və İndoneziya ilk dəfə sorğu ilə “Google”a müraciət edib, - "www.lenta.ru” yazır.



Baxış sayı: 776

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024