12px13px15px17px
Tarix:16/09/14

Şirkətlər mobil virus təhlükəsindən sığortalanmayıb

İnformasiya təhlükəsizliyi ilə bağlı artan narahatçılığa baxmayaraq, "Bring Your Own Device" (BYOD) konsepsiyası (şirkətlər öz əməkdaşlarına iş məqsədi naminə mobil qurğulardan istifadəyə imkan verir) bütün dünyada populyarlaşır.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Gartner" analitiklərinin proqnozuna görə, 2015-ci ildə mobil tətbiqlərin 75 faizdən çoxu informasiya təhlükəsizliyinin standart meyarlarını təmin etməyəcək ki, bu da şirkətlər üçün kifayət qədər ciddi təhlükədir. Məsələ ondadır ki, firma və təşkilatların əməkdaşları uzaq məsafədən korporativ informasiya ilə işləmək üçün tətbiq yükləyir və bu halda mühafizə tədbirləri haqda düşünmürlər.
 
"Tech Pro Research" şirkətinin bu yaxınlarda keçirilmiş tədqiqatının məlumatına görə, 2015-ci ildə şirkətlərin təxminən 41 faizi haker hücumları və məlumat itkisindən mühafizə ilə əlaqədar İT büdcələrini artırmaq niyyətindədir. Bu göstərici ötən illə müqayisədə 16 faiz yüksəkdir. Bu halda sorğu iştirakçılarının yalnız 11 faizi növbəti ildə informasiya təhlükəsizliyinə xərcləri azaltmaq niyyəti haqda bildiriblər.
 
Emil Hüseynov



Baxış sayı: 822

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024