Tarix:19/09/14
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, sözügedən məsələ ilə əlaqədar Vergilər Nazirliyindən bildirilib ki, vergi ödəyicisi öz istifadəçi parolunu dəyişdirmək üçün nazirliyin rəsmi internet səhifəsinə daxil olub “İnternet Vergi İdarəsi” bölməsini seçməlidir. Burada da "Giriş" düyməsini sıxdıqdan sonra açılan "Sistemə giriş səhifəsi"ndə öz istifadəçi kodu, parol və şifrini yazıb "E-bəyannamə, ƏDV-DH və ŞHV" bölməsini seçərək "Daxil ol" düyməsini basmaqla sistemə daxil olmalıdır:
“Bundan sonra istifadəçi bu bölmədə "Dəyişiklik" başlığına daxil olaraq, açılmış ekranda "Parol" menyusunu seçməklə "Parolu dəyiş" düyməsini işarələyərək, mövcud parol və şifrini, sonra isə yeni parolunu müvafiq xanalara daxil etdikdən sonra "Qəbul" düyməsini sıxmaqla mövcud parolun yenisi ilə əvəz olunmasına nail ola bilər”.
Vergilər Nazirliyi tərəfindən işə götürənlər və bununla bağlı verilən elektron bəyannamələrlə bağlı məsələyə də münasibət bildirilib. Nazirliyin rəsmiləri vurğulayırlar ki, Azərbaycanda yaradılan MMC-lərin, müəssisənin rəhbəri ilə əmək müqaviləsi bütün hallarda bağlanmalı və işəgötürən tərəfindən yazılı bağlanılmış və qüvvədə olan əmək müqavilələri barədə əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminə daxil edilməlidir.
Seymur Qasımbəyli
Vergi ödəyiciləri öz parollarını internet üzərindən dəyişə bilər
Azərbaycanda informasiya-kommunikasiya texnologiyasının inkişafı, elektron hökumətin qurulması və genişləndirilməsi vətəndaşlara bir çox sahələrdə lazım olan tədbirləri internet üzərindən həyata keçirməyə imkan verib. Bir çox sahələrlə yanaşı, vergi məsələləri ilə bağlı meydana gələn sualları da beynəlxalq “hörümçək toru”na daxil olmaqla, hökumətin təqdim etdiyi imkanlardan yararlanmaqla həll etmək mümkündür. Hazırda vergi ödəyicilərinin müəyyən qismini maraqlandıran məsələlərdən biri də internet üzərindən onların şəxsi parollarını dəyişdirmək imkanlarının olub-olmaması ilə bağlıdır.“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, sözügedən məsələ ilə əlaqədar Vergilər Nazirliyindən bildirilib ki, vergi ödəyicisi öz istifadəçi parolunu dəyişdirmək üçün nazirliyin rəsmi internet səhifəsinə daxil olub “İnternet Vergi İdarəsi” bölməsini seçməlidir. Burada da "Giriş" düyməsini sıxdıqdan sonra açılan "Sistemə giriş səhifəsi"ndə öz istifadəçi kodu, parol və şifrini yazıb "E-bəyannamə, ƏDV-DH və ŞHV" bölməsini seçərək "Daxil ol" düyməsini basmaqla sistemə daxil olmalıdır:
“Bundan sonra istifadəçi bu bölmədə "Dəyişiklik" başlığına daxil olaraq, açılmış ekranda "Parol" menyusunu seçməklə "Parolu dəyiş" düyməsini işarələyərək, mövcud parol və şifrini, sonra isə yeni parolunu müvafiq xanalara daxil etdikdən sonra "Qəbul" düyməsini sıxmaqla mövcud parolun yenisi ilə əvəz olunmasına nail ola bilər”.
Vergilər Nazirliyi tərəfindən işə götürənlər və bununla bağlı verilən elektron bəyannamələrlə bağlı məsələyə də münasibət bildirilib. Nazirliyin rəsmiləri vurğulayırlar ki, Azərbaycanda yaradılan MMC-lərin, müəssisənin rəhbəri ilə əmək müqaviləsi bütün hallarda bağlanmalı və işəgötürən tərəfindən yazılı bağlanılmış və qüvvədə olan əmək müqavilələri barədə əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminə daxil edilməlidir.
Seymur Qasımbəyli
Baxış sayı: 1492
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir